dini radikalizm və ekstremizmlə mübarizə

Deputat idmançıların həbsindən DANIŞDI

Deputat idmançıların həbsindən DANIŞDI


“Biz daha çox gənclərimizin yanında olmalıyıq. Onların problemlərinin həll olunması üçün işlər görməliyik. Son vaxtlar idmançılar arasında həbslərin olması cəmiyyəti düşündürür. Bir neçə belə faktlar oldu. Biz də bunu qınayırıq”.

Bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, yeniyetmələr və gənclər əsasən vətənpərvərlik ruhunda inkişaf edirlər: "Təəssüf ki, idmançıların həbsi ilə bağlı faktlar var. İdmançılarımızı torpaqlarımızın müdafiəsi sahəsində görmək istəyirik və görürük. Neqativ halları biz də pisləyirik. Hesab edirəm ki, idman insanları sağlamlaşdırır, tərəqqini təbliğ edir. Xırda neqativ hallar isə hər zaman pislənilir”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR