dini radikalizm və ekstremizmlə mübarizə

Hər yerə gözəllik bəxş edən qadin


Bu gün DJB.Az saytının rəhbəri yazıçı publisist Almaz İlahə Əhmədovadan bəhs edəcəm.

Məndə o qüdrət olsa idi rəssam fırçamla onu ilahiləşdirərdim, bilirəm onun zahiri gözəlliyin vəsf edə bilərəm, amma daxili gözəlliyini vəsf etməyi hər kəs bacarmaz. Almaz İlahə əsl insan haqqında yazılan povest və romanların qəhrəman xanım obrazıdır. Mən bu gün bildiyimi, gözümlə gördüyümü, şahidi olduqlarımı qələmə almaq istiyirəm. İstəyimisə həm qələmimi sevindirmək, həm də bu möhtəşəm qadının ürəyini sevindirməkdir.
Hər kəs layiq olduğu xoş sözləri dostlarının, sevdiklərinin dilindən eşitdikdə daha da əzmlə çalışar. Şairlər, yaradıcı insanlar hər zaman səmimi olur. Bu gün mən də sadə el diliylə öz məhəbbətimi və urək sözlərimi oxucularıma çatdırmaq istəyirəm.
Bu gün gözəl insan Almaz İlahə xanımın iş yerində oldum. O, yardıcılıq sahəsindən fərqli olaraq başqa bir sahənidə gözəlləşdirməyi bacarıb. O, "SOS" MMC- də İctimaiyyətlə əlaqələr üzrə direktor müşaviri və mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyır.Şirkətdə olduğum müddətdə rəhbərlikdən tutmuş işçilərə qədər gülərüz, səmimi, insanlarla qarşılaşdım. Məni hörmətlə qarşılayıb gülərüzlə yola saldılar. Bu mələk bacımızın iş yeri o qədər gözəl o qədər komfortluidiki, özümü evimdə hiss etdim. Doğrudur, bizim Almaz xanıma hər yerdə yüksək mədəniyyətinə görə hörmət var, amma burdakı sevgi hamsını üstələyir. Almaz xanımın rəisi də, işçləridə böyuk ali şəxsiyyət kimi onun sevgisini qazanmağa çalışırlar. Çünki o, bu hörməti öz səmimiyyəti, mehribanlığı, işgüzarlığı ilə qazanıb. Bir sözlə bu qadın hər yeri cənnətə çevirməyi bacarır.

Həmişə olduğu kimi o, məni yenə də mehriban qarşıladı. Çoxdan idi görüşə bilmirdik, bu görüşə görə çox sevindim.
Əslində müsafirliyimin səbəbi yeni çapdan çıxan və 15 illik əməyimin bəhrəsi olan təşkilatçısı olduğum "ŞAM İŞIĞI" məclisinin "ANTALOGİYAsını vermək idi. Bu kitabda bir çox şair və yazarlar kimi Almaz İlahənin də söz incilərindən ibarət olan şeirləri yer almışdır. Bir el misalı var həm ziyarət, həm ticarət mən həm Almaz xanımı görmüş oldum, həm də kitabları ona çatdırdım. İlk təsurat otağının abu havası, aurası mənə o qədər xoş gəldiki, Almaz İlahənin cazibəsi kimi otaqda sanki insanı sehirli bir dünyaya aldı.Valehi olduğum bu xanımın otağı kiçik olmasına baxmayaraq təbii cicəklərlə bəzədilmişdi. Əməlisaleh xanımın müsbət enerjisi və divarlar boyu duzulmuş 50 dən çox Fəxri fərman, diplom medallar onun əməyinin , zəhmətinin bariz nümunəsi olaraq diqqətindən yayınmadı. İnsanin əsl zənginliyi məhz budur deyərdim. Gördüyüm təltiflər onun yuxusuz gecələrinin, qayğılı gündüzlərinin bəhrəsidir.
Fəxri diplom və fərmanlardan çox diqqətimi çəkən şəklində gördüyüm Həzi Aslanov və Alman faşizmin uzərində qələbənin 70 illik yubiley medalları oldu. Diplomlar arasında qardaş Türkiyənin Ankara Sanat Plotfirmasinin Festifalıninn Başarı Sertifikatı, Dərnək başkanlarının təşəkkur bəlgələri, Türkiyənin Əmniyyat Təşkilatları, Türkiyə Şəhid Ailələri Yardımlaşma və Dayanışma dərnəyinin Almaz İlahənin dəfələrlə təltif olunmasıni görmək qürurverici oldu.

Söhbət əsnasında öyrəndim ki, Djb.az- ın Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda Qardaş Turkiyədə, Almanyada, Rusiyada , Dağıstanda, Gurcustandan da İraq Kərkuk və bir çox yerdə numayəndəlikləri və təmsilçiləri var.
Almaz İlahə tək Azərbaycanda deyil Türkdilli ölkələrdə şəhid ailələrini ziyarət edib onlar haqqında məqalələr qələmə alması, şəhidlərin unudulmaması istiqamətində atdığı addımlara və failiyyətinə görə onur təşəkkurnamələri ilə təltif edilib. Azərbaycan KİV tərəfindən Xan Qızı Natavan, ilin ziyalısı, İlin Vətənpərvər xanımı,Qızıl qələm mukafatı və s... Mükafatlarla təltif olunub. Mən siyahını qısa elədim əslində saymaqla bitirməyən təltiflərdən söz açmaq olar. Almaz İlahə 8 kitab muəllifi, 50 dən çox kitabin elmi redaktoru və redaktorudur. Azərbaycanda və Türkiyədə dərc olunan Antalogiya və almanaxlarda, qəzet və jurnallarda ədəbi məcmuələrdə şeir və məqalələri dərc olunub. Çox Tədbirlərin təşkilatçısı və aparıcısı olub. Ən önəmlisi isə peşəkar, vicdanlı jurnalistdir. Mən və onu sevən dostlar, həmkarlar onunla həmişə fəxr edirik.
Almaz İlahənin əsərləri arasında tarix yazan qəhrəman da var. Onun yaradıcısı məhz bir Ana olaraq Almaz xanımdir,
oğlu 2- ci vətən muharidəsi Qazisidir. Mirrəhim ğözundən öpdüyüm fəxrimizdir o, bir gözunu ana vətən yolunda fəda edib. Hal hazırda gül bədənində, başında hələ də qəlpələr dasiyir. Bu ağrılara baxmayaraq Almaz xanım həmişə güclü görünən qadın olub. O ,kövrək xarı bulbul, mərhəmətli incə qəlbli olsada düşmənlə barışmayan dəyənətli Türk qadınıdır. Onun hər zaman bir gözu gülüb bir gözu ağlıyıb. Qəlbinin səsini və qəlbində ağlayan musiqisini yalnız özu eşidir.Hər bir qadının xoşbəxt olmaq haqqı var. Almaz xanıma isə həyat daha amansız olub. Əvvəlcə ilk nubari olan İlahəsini, sonra atasını, daha sonra ömur gun yoldaşını vaxtsız itirməsi onu əysədə sındıra bilmədi. 2020-çi ildə isə biricik oğlu vətən uğrunda gözünün nurundan oldu. Həyatı boyu ağır sınaqlar keçməsinə baxmayaraq hər kəsə sevinc bəxş etməyi bacaran, darda olana əl tutmağı sevən möhtəşəm türk qadınıdır.
Almaz xanım bir ziyalı bir vətəndaş kimi ana vətən sevgisiylə oğlu Mirrəhimi vətənpərvər ruhda qəhrəman yetişdirib . Qazilərin hər biri bizim fəxrimizdir. Həyatımızı onlara borcluyuq, çunki qorxmadan çəkinmədən bir an düşünmədən sinələrini vətənin azadlığı yolunda sipər etdilər...Almaz xanımın simasında butun Qazi və Şəhid analarının əlindən öpuruk və baş əyib təzim edirik. Zəhmətkeş anaların yuxusuz gecələri və verdiyi əxlaq tərbiyyədən irəli gəlir bu cəsurluq. Bununla əsl insan haqqında yazmaq istədiyim povestin dənizdə bir damlasını oxucularıma çatdırdım.Yeri gəlmişkən şəhidlərimizi unutmadiq, unutmayaq. Allah şəhidlərimizə rəhmət etsin.
Almaz İlahə Əhmədovaya isə daha da güclü daha da məqamlı işlərə imza atmasını arzulayıram. Yaz yarat gözəl insan,sizə sağlam, bərəkətli ömur və Qəhrəman Qazimizin toyunu edib nəvəli nəticəli olmağınızı arzu edirəm.

Hörmətlə: Gilə Dərya
16 Yanvar 2023.

Oxunub: 385
Oxşar xəbərlər
SON XƏBƏRLƏR