dini radikalizm və ekstremizmlə mübarizə

Daxili İşlər Nazirliyinə, şəxsən nazir Vilayət Eyvazova təşəkkür edirəm


Son 3 ildə ölkəmizə narkomaniya ilə bağlı ciddi mübarizə gedir, xüsusən də, Bakı şəhərində hər gün azı bir neçə narkotacirin həbs olunduğunu görürük. Buna görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, şəxsən nazir Vilayət Eyvazova təşəkkür edirəm. Ancaq indi yazacağım problem narkomaniya ilə mübarizədən daha təhlükəli və ciddidir.

Deməli, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi, xüsusən də, Yevlax şəhərində narkomaniya ilə mübarizə adı altında "insan oğurluğuna" çıxıblar. Yevlaxda, Mingəçevirdə az-çox tanınan, az-çox imkanı olan şəxslərin övladları oğurlanır, sonra ciddi pul müqabilində buraxılırlar. Çox yaxından tanıdığım, illərdir dostluq etdiyim bir nəfərin qardaşı oğlunu da bu yolla DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları oğurlayıblar. Çox mədəni, savadlı, ağıllı stomatoloq olan bu gənc oğlanı narkoman adı ilə iş yerindən aparıblar. Öncə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları adamın klinikasına gəliblər, deyiblər maşında xəstə var, düşün ona baxın, o da maşına yaxınlaşan kimi dərhal paketləyib aparıblar. Bir neçə saat sonra buna telefon veriblər, deyiblər qardaşına yığ, denən 25 min manat gətirsin. Məsələ ilə bağlı əmisi, yəni dostum mənə yığdı, açığı tərəddüd etdim, düşündüm narkotik oımasa belə, bəlkə yüngül alüdəçi olub. Ona görə məsləhət gördüm ki, 25 min manat qəti vermək olmaz, ekspertizaya getməlidir. Nəsə, ekspertizanın cavabı gəldi ki, adam heç vaxt narkotik istifadəçisi olmayıb, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşları qeyd etdilər ki, "nəşə" çəkib. Onun da yoxlanması üçün analiz verdirdim, o da inkar olundu. Sonda DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi işi prokurorluğa göndərdi, əl-qərəz iddia etdilər ki, qanında morfi (səhv etmirəmsə dopinq, idmançılar istifadə edir) var. Məkəmə də morfi adı altında 300 manat cərimələyib, buraxdı. 25 min amanatlıq iş 300 manata məhkəmədə bağlandı.

Etmədim tənbəllik, 6cı gün gətizdirdim Bakıya, morfi ilə bağlı da Mərdəkanda analiz verdirdim. O da çıxmadı ))) Qısa araşdırmadan bəlli oldu ki, son bir neçə ayda azı 10-12 az-çox imkanı olan adamların övladlarını oğurlayıb 10, 15, 25 min alıb, buraxıblar. Belə hadisələr bizdə 90-ların əvvələrində baş verirdi. Bu hadisə birbaşa nazir Vilayət Eyvazova qarşı təxribat və sabotajdı. Deyə bilərsiniz ki, onun xəbəri olmadan necə olur ki, bu hadisə baş verir. Mən qəti şəkildə deyirəm ki, xəbəri yoxdu. Bu cinayətdir, bu dilənçilikdir, bu vətəndaşda DİN-ə olan güvəni sarsıldan fakdır. Nazir isə təyin olduğunu ilk gündən DİN-nin müsbət imicinin daha da gücləndirilməsi üçün çalışır. Hesab edirəm, indiki situasiyada nazir ciddi daxili yoxlama göndərməli, prosesi nəzarətdə saxlamalı və qanunsuz əməllərə yol verənləri cəzalandırmalıdır.

Səbuhi Mübarizoğlu

Oxunub: 180
Oxşar xəbərlər
SON XƏBƏRLƏR