dini radikalizm və ekstremizmlə mübarizə

Həsən Orucoğlu poeziyasının inciləri


PUL KİSƏSİ

(Novella)


Münəvvər nənə çox yığcamlı,səliqə-səhmanlı bir ağbirçək idi.Qənaətçiliyi sevərdi,israfçılığa da yol verməzdi,həyatı boyu heç...
Oğlu Nadir onun təqaüdünü hər dəfə alanda "topuynan" gətirib özünə verərdi.Münəvvər arvad isə üstündən üçdən-beşdən götürüb,yerdə qalanını isə oğluna verərdi ki, evə zəruri olanlara xərcləsin.Maşallah... "aylıq maaşı"da pis deyildi.Uzun müddət eyni sahədə çalışdığından və yüksək əmək haqqı aldığından təqaüdə çıxanda da məvacibi də yaxşı hesablanmışdı,Münəvvər nənənin.

...Əl atıb sinəsindən çitdən hazırlanmış köhnə pul kisəsini çıxartdı.Oğlundan aldığı təqaüdünün "quyruğunu"pul kisəsinə qoyanda Nadirin gözləri nənəsinin əldən düşmüş,çitdən tikilmiş nimdaş pul kisəsinə sataşdı.
-Ay nənə,bu nədir belə?

Ta bu,pul kisəsi öz ömrünü başa vurub,e.Sənə kefindən keçən dəridən hazırlanmış bir pul kisəsi alacağam ki,gəl görəsən!
-Yox oğlum,bu,mənim talismanımdır! Gör neçə illərdir ki,onu sinəm altda saxlayıram.Onunla illərdir ki,dostluq edirəm.Köhnəlsə də ona xilaf çıxa bilmərəm,bunu qəti ata bilmərəm...

Ancaq buna baxmayaraq oğlu ona səhərisi dəridən tikilmiş bir pul kisəsi də alıb gətirmişdi.Qəribəsi bu idi ki,Münəvvər arvad həmişə pul kisəsinin dibinə xoş iyi gəlsin deyə iydə,nanə yarpağı və.s. atardı.

Hərdən nəvələri Münəvvər arvad təqaüd alanda onu yanlayıb,qıdıqlayar,oxşayar,doyunca yalmalanardılar.
-Nənə,ay nənə bu ay bizə nə alacaqsan?

-Mənə "şirni quş" al,mənə də "çöplü suxarik","Cipsi" yadından çıxmasın ha,ay nənə!

Bax,beləcə nəvələri nənəsinin boynuna "yük qoyanda" Münəvvər arvad məcbur olub yaxınlıqdakı marketə üz tutardı.

...Vitrənləri bir-bir nəzərdən keçirib,nəvələrinin dediklərini artıqlaması ilə alıb əlindəki səbətə doldurdu.

Tam işini görüb qurtarandan sonra birdən gözləri ayağının altına düşmüş pul kisəsinə sataşdı.

Əyilib götürdü.Sonra:

-Bu,kimin pul kisəsidir?- deyə ətrafa göz gəzdirdi.Bir kimsə ona sahib çıxan olmadı.

Bir azdan kassa aparatında oturan qıza yaxınlaşıb dedi:

-Qızım,bu,pul kisəsini marketi gəzərkən tapmışam.Kimə göstərdim,yiyə duran olmadı,bəlkə də bizdən qabaq bura gələn müştərilərin birinindi.Burda salıb itirib...

-Hə,yaxşı,qoy burda qalsın.Soraqlayan olsa,sahibinə qaytararam.

Münəvvər arvad aldığı hər nə vardısa,satıcı qızın önünə töküb,hesablamağı xahiş etdi.

Məbləğini eşidən kimi sinəsinə əl atıb pul kisəsini çıxartmaq istədi.Sinəsində pul kisəsi nə gəzirdi?

Birdən-birə rəngi allandı.

Əl-ayağı əsməyə başladı.Münəvvər arvad özünü itirmişdi.

Satıcı qız dərhal bunu hiss etdi:

-Nə olub,ay nənə?

-Nə olacaq ki,pul kisəmi salıb,itirmişəm,-deyə Münəvvər arvad qırıq-qırıq səslə dilləndi.

-Bəlkə elə tapdığın pul kisəsi özününküdür?

-İçində nə qədər pulun var idi?

-Bilmirəm,ancaq onu bilirəm ki, mənim pul kisəmin içində mixəyi,darçını, iydəsi,nanəsi,xoş iyi vardı!

Satıcı qız stolun üstündəki pul kisəsini açıb baxanda doğrudan da nənənin dediyi xırda ədvaları görüb,ona göstərdi:

-Elə tapdığın bu,pul kisəsi özününküdür ki,var.Nişanələri doğrudur! Yəqin ki, əyilib-duranda sinəndən sürüşüb düşübdür.

Münəvvər arvad pul kisəsinə tökdüyü ədvaları görməsəydi,gözlərinə heç cür inanmazdı.

...Hər ikisi bir-birinə sarılaraq qəhqəhə çəkib gülüşürdü.Bu işdən xəbəri olmayan digər müştərilər isə onlara kənardan heyranlıqla tamaşa edirdi!

Həsən Orucoğlu

Oxunub: 405
Oxşar xəbərlər
SON XƏBƏRLƏR