Djb.az xəbər verir. Lənkəranın ilk alim xanımı, Pedaqogika üzrə fəlsəfə doktoru Tükazban Cahangirova Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə şeir həsr edib.
Sənsən görən gözü Azəbaycanın!
Eşitsin kainat, qalibdir Vətən
Hər bir qələbəsi zəfərdir, zəfər
Sevgimiz göydəki ulduzlar qədər
Odur görən gözü Azərbaycanın!
Səsi gəlir dünyanın hər yerindən,
Çıxır zaman, çıxır öz məhvərindən,
Şair gərək nəğmə qoşar dilindən
Odur görən gözü Azərbaycanın!
Həqiqət nəğməli, Babək qeyrətli,
Qələbə müjdəli, Vətən qüdrətli,
Azadlıq rəmzli, zəfər şöhrətli,
Odur görən gözü Azərbaycanın!
Uca tutur həmişə şux qəddini,
Qırır əsrlərin polad səddini,
Verib insanlara məhəbbətini,
Odur görən gözü Azərbaycanın!
Çiynində var Vətən yükü, el dərdi,
Qayğıları sonsuz ümmam qədərdi,
Unutmayaq ki, o, nər oğlu nərdi
Odur görən gözü Azərbaycanın!
Ulu Öndərimin yadigarıdır,
Vətənimin ürəyidir, canıdır,
Bu gün məmləkətin o sərdarıdır,
Odur görən gözü Azərbaycanın!
İmzalar içində imzan var sənin,
Bakı-Ceyhan oldu yeni zəfərin,
Səninlə fəxr edir yurdun Vətənin,
Odur görən gözü Azərbaycanın!
Ruhu şad olsun Mübariz, Poladın,
Neçə şəhidin, neçə qəhrəmanın
Qısasını aldı Baş Komandanım,
Odur görən gözü Azərbaycanın!
Qaytardın Ramili Azərbaycana,
Göz dağı çəkdirdin Ermənistana,
Baş əyirəm o mübarək imzana,
Dünyanı mat qoyan o Şah fərmana!
Millətin öyündü cəsarətinlə,
Daha da ucaldın şücaətinlə,
Düşmənə güc gəldin öz qeyrətinlə,
Sənsən görən gözü Azərbaycanın!
Güvəndin xalqına, həm də özünə,
Söz verdin və əməl etdin sözünə,
Sərrast oxun girdi düşmən gözünə,
Sənsən görən gözü Azərbaycanın!
Aldın Qarabağı, aldın Laçını,
Sevindirdin neçə-neçə qaçqını,
Aldın şəhidimin qan qisasını,
Sənsən görən gözü Azərbaycanın!
Dedin ki, “Qarabağ Azərbaycandır!”
Hər bir şəhidimin axan qanıdır,
Bütöv Azərbaycan bir qəlb, bir candır,
Səndə görən gözü Azərbaycanın!
Hünərinə alqış, gücünə alqış
And içib verdiyin sözünə alqış
Min kərə, min kərə özünə alqış
Sənsən görən gözü Azərbaycanın!
Allahdan arzum var çatasan yüzə,
Tanrım çox görməsin qoy səni bizə!
İlhamın ilhamı gəlməsin gözə,
Sənsən görən gözü Azərbaycanın!
Sənsən görən gözü Azərbaycanın!
Allahverən Pərvizoğlu
Oxunub: 535