Bir neçə gündür sosial media və İTV kanalında yayımlanan "Sabaha saxlamayaq" verlişində 25 nömrəli tam orta məktəbdə baş vermiş hadisə geniş müzakirəyə səbəb olub.
İTV kanalında günahlandırılan müəllimin 25 illik fəaliyyətində cəmiyyətə yetişdirdiyi yararlı vətəndaşlardan söhbət getmir. Yalnız müəllimin bu günkü addımı müzakirə obyektinə çevrilib. Mən isə bəzi suallara cavab axtarıram:
Bəs, müəllimə qarşı uşaq, bəzi hallarda isə valideyn tərəfindən edilən hörmətsizliyə, təzyiqə, şəxsiyyətinin alçaldılması, ələ salmaq kimi aşağılayıcı əməllərə və eləcə də dərsin pozulmasına səbəb olan hallara yol verən, bunun nəticəsində digər onlarca şagirdin təhsil, dərs almaq, mənəvi psixoloji durumuna mənfi təsir etmək kimi yaramaz əmələ görə şagirdə hansı cəza, tənbeh metodları tətbiq olunur? Müəllimlərin, eləcə də zərərçəkmiş digər şagirdlərin hüquqları niyə müdafiə olunmur? Bunun üçün hansı hüquqi, intizam məsuliyyəti var?
Sağlam gənclik, sağlam cəmiyyət istəyiriksə uşaqları düzgün tərbiyə etməliyik.
Təhsil sistemidə məsələyə düzgün yanaşmalıdır. Əks halda sağlam gələcəkdən söhbət gedə bilməz.
Bu gün müəllimin şagirdləri ayaq üstündə saxlaması cəmiyyətə elə formada çatdırılıb ki, sanki müəllimə düşmən obrazıdır.
70,80-ci illərdə təhsil alanlar çox gözəl bilirlər, bizlər müəllimə tərəfindən cəzada almışıq, xəttimizdə qüsur gördükdə bəzən müəllimimiz əlimizin üzərinə xətkeşlə vurardı bu cəzadan heç bir psixoloji travmada almadıq. Müəlliməmiz biz sagirdlərin övladı kimi sevərdidə, cəzada tətbiq edərdi. Bu gün müəllimə şagirdlərin ayaqüstə saxlamasa, sabah onlar ayaqda dura bilməyəcəklər, bəlkə də ayaq altında tapdalanacaqlar. Valideyinlər bilməlidir ki, övladı müəllimin yüngül bir şilləsinə bu gün etiraz edirsə, sabah həyatın sərt şilləsinə tab gətirə bilməyəcək...
Verlişdə Psixoloq Rafiq Allahverdiyev , ictimai xadim, ingilis dili müəlliməsi Fatimə Hacıyeva haqqında məlumatı olmadığı halda onu qınaq obyektinə çevirir. İctimai qınaq obyekti seçdiyi muəlliməni mühakimə edərək əlinə geyindiyi tül əlcəkdən söz açır, onun yuxarı sinif şagirdlərinə nə kimi nümunə olacağını bildirir.
Psixoloq ilk öncə müzakirə obyekti kimi göstərdiyi müəllimənin ilk növbədə vətənpərvər bir jurnalist olduğunu bilmir. Muhakimə etdiyi F. Hacıyeva haqqında məlumatı olsaydı, bəlkə də verlişə daha da rəngarənglik bəxş edərdi. Bir insanı tanimadan, bilmədən mühakimə etmək Rafiq müəllimə psixioloq olaraq yaraşmırdı. Onun məsələyə duzgün yanaşmaması posiyentlərinin ona qarşı guvənin sarsıdacağına əminəm.
R. Allahverdiyevin nəzərinə çatdırım ki, Fatimə Hacıyeva Abşeron rayonunda özünə məxsus olan şəxsi evində qaz sızması nəticəsində keçirdiyi qəzada ağır yanıq xəsarətləri almışdı.Üstündən bir neçə il keçməsinə baxmayaraq baş verən hadisəni indiki kimi xatırlayıram. O zaman uzun müddət xəstəxanada stasanar müalicə alan həmkarımızla telefon bağlantısı yaratmışdım.
F. Hacıyeva uzun müddət aldığı xəsarətlərdən dolayı ictimaiyyətdə görünmədi, onun nəyinki əlləri hətta üz nahiyəsi də xəsarət almışdı. Faktla bağlı fotoşəkil yazının sonunda öz əksini tapacaq. Bu gün Fatimə Hacıyevanın rəhbərlik etdiyi sinif şagirdləri həm təhsil aldıqları məktəbdə, həm də müxtəlif rayon tədbirlərində möhtəşəm çıxışlar edir . Vətənpərvər ruhda tərbiyə alan sinifın sagirdlərinin davranışlarında belə milli mənəvi dəyərlərimiz hiss olunur. Bu gün əlinə tül əlcək geyinən müəllimə Azərbaycan Respublikasına əsl vətənpərvər vətəndaşlar yetişdirir.
Verlişdə iştirak edən ekspertlərdən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri sosioloq Elçin Bayramlı öz sosial media hesabında şagird və müəllim münasibəti mövzuda öz fikirlərini bölüşüb. Sosioloq Elçin Bayramlı qeyd edir ki, uşaqların və gənc nəslin sağlam fiziki, mənəvi inkişafının təmin olunması hər bir cəmiyyətdə ən vacib problem, əhəmiyyətli məsələdir.
P.S. Son illər TV kanallarının şou yaratmasından bezib usanan vətəndaşlar bizim TV konallarını artıq izləmir. Nədənsə bu məsələ teleradio şirkətinin narahat etmir.
Almaz İLAHƏ
Oxunub: 536