Djb.az xəbər verir.Lənkəranın İctimai fəal Gənci, 3dəfə Respublika mahnı müsabiqəsinin qalibi, Prezidentə həsr olunmuş möhtəşəm mahnın ifaçısı Gənc muğənni Allahveren Pərvizoğlu Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimova təşəkkür məktubu ünvanlayıb.
Məktubda deyilir:Çox Hörmətli: Anar müəllim
Sizi səmimi qəlbdən salamlayıram
İlk öncə Mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğıya görə sizə təşəkkürümü bildirirəm sizin fəaliyyətinizi bir gənc müğənni olaraq yüksək dəyərləndirirəm çünki Mədəniyyətimizə böyük dəyər verirsiz.
Cənab Nazir bu gün özümə borc bilib bu təşəkkür məktubunu sizə göndərirəm. Sizin əmriniz ilə təyin olunmuş Lənkəran Regional Mədəniyyət idarəsinin Rəisi Şahin Şahbazov Lənkəranda Mədəniyyət işçilərinə, ifaçılara, gənclərə böyük dəstək olur sizə təşəkkürümü bildirirəm laiqli kadrlar təyin edirsiz. Şahin Yusifoğlu Şahbazov təyin olunduğu gündən vətəndaşlara, Mədəniyyət işçilərinə, Şəhid ailələrinə, Qazilərə dəstək olur.
Bu yaxınlarda mənim oxuduğum H, Rzayeva adına Lənkəran Şəhər 2 nömrəli uşaq musiqi məktəbində Şuşa ilinə həsr olunmuş "Vətənim Azərbaycan" adlı konsertim keçirildi. Şahin Şahbazov mənə böyük dəstək oldu və konsertimə gəlib iştirak etdi. Biz Şahin müəllimdən çox razıyıq həqiqətən. Sizə Uca Allahdan can sağlığı işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə:Allahverən Pərvizoğlu
Oxunub: 521