dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün Ümummilli Liderimizin anım günüdür.


“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” kəlamı dillər əzbəri olan Ümummilli Liderimiz Heydər Əliyevin bu gün anım günüdür. Sağlığında milyonlarla insanın sevgisini qazanmış Ulu Öndərimizin əziz xatirəsi nəinki bu gün, digər başqa günlərdə də hörmətlə anılır, dərin ehtiramla yad edilir.
Bütün fəaliyyətini doğma Vətəninə və xalqına həsr etmiş o Böyük Şəxsiyyətin Azərbaycanın gələcəyi üçün gördüyü işlər, elm, təhsil, idman, mədəniyyət, səhiyyə, ölkənin iqtisadi inkişafı və hərbi potensialının daha da gücləndirilməsi istiqamətindəki misilsiz xidmətləri unudulmur və heç zaman unudulmayacaqdır.
Bütün dünya azərbaycanlılarının milli iftixarı, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq Ulu Öndərimiz Heydər Əliyevi sonsuz hörmət və ehtiramla anır, Ümummilli Liderimizə Allahdan rəhmət diləyirəm...

Millət Vəkili
Jalə Əhmədova

Oxunub: 195
Oxşar xəbərlər
SON XƏBƏRLƏR