Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunmasından iki il keçir. 2020-ci il 25 noyabr işğaldan azad olunan Kəlbəcər rayonu Azərbaycan Respublikasında inzibati-ərazi vahididir və inzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 1930-cu il 8 avqust tarixində inzibati rayon statusu alıb və Azərbaycanın ən yüksək dağ rayonudur. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.şğaldan azad olunan Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları onlardan istismar olunan qızıl yataqları, sənaye əhəmiyyətli ehtiyatları 200 tondan çox olan civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər oniksi nefroid (ehtiyatları 801 ton) yatağı; 1 obsidian (dəvə gözü) yatağı, 1 listvenit yatağı vardır. Sənaye ehtiyatları dövlət balansında qeydə alınan civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağının ehtiyatları istismar nəticəsində tükənib.Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun sənaye hissəsinin mədənçıxarma səhəsində metalların, xüsusən də nəcib metalların hasilatı önəmli yer tutur. Qeyd edək ki, Kəlbəcərdə olan qızıl yataqları ölkədə bu sahədə yeni inkişaf templərinə səbəb olacaq. Azərbaycanın yeni qızıl yataqlarının istismara verilməsi gələcəkdə "sarı metal"ın hasilatını nəzərə alsaq, dünya bazarında qızılın qiymətinin qalxması, ölkə üçün müsbət tendensiya olacaqdır. Qızılın etibarlı maliyyə aktivinə çevrilməsi prosesi dünyanın siyasi qeyri-sabitliyi dövründə və ya qlobal iqtisadi böhranın fonunda baş verir və son illərdə dünya ölkələrinin hökümətləri valyuta ehtiyatlarında dollar aktivlərinin payını azaldaraq qızılın payını sürətlə artırırlar. Heç şübhəzis ki, qeyri-neft sektorunda üç lider məhsuldan biri hesab olunan qızılın ixracı Zəngilan və Kəlbəcər rayonlarının potensialından səmərəli istifadə etdikdən sonra daha da artacaqdır.Torpaq örtüyünün əmələ gəlməsində relyef və iqlim mühüm rol oynayır. Kəlbəcər rayonunun relyefi də daha çox heyvandarlıq sahəsinin inkişafı üçün əlverişlidir. Yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahə tutur. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılıb. Kəlbəcərin orta dağlıq və dağ ətəyi ərazilərində iqlim şəraitinə uyğun olaraq dəmyə əkinçiliyi, bağçılıq, üzümçülük, tərəvəzçilik və tütünçülüyü inkişaf etdirmək olar. Beşələrin ümumi sahəsi 30 min hektara yaxındır.Yüksək dağlıq ərazilərin əhəmiyyəti ondan ibarətdir ki, iqlim şəraiti və dağ çəmən torpağından yaylaq kimi istifadə oluna bilər. Kəlbəcərin turizm sahəsinin inkişafi üçün gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları dövlət iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Həmçinin, Yuxarı İstisu, Aşağı İstisu, kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Rayonun İstisu qəsəbəsində İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Orada hər il 50 mindən artıq insan müalicə olunur, eyni zamanda istirahət edirdi. Çox güman ki, bu sanatoriyaların yenidən bərpası və fəaliyyət göstərməsi bura olan turist marağının sayını artıracaq. Kəlbəcər rayonu ərazisində yerləşən Gamış dağı (3724 m), Dəlidağdır (3616 m), Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var.Burada bir çox turistlərdə də maraq yaradacaq alban dövrünə aid xeyli tarixi abidələr var. Güman edilir ki, Kəlbəcərin Ağdaban kəndinin də qədim alban tayfasının adını daşır. Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər. Bütün bu vandalizmə, işğala Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi son qoymuş oldu. Ermənistan məğlub oldu və Kəlbəcərdən çıxmağa məcburi razılıq verdi. Tarixi abidələrimizə zərər vurmaqla mənfur ermənilər öz vəhşiliklərini dünyaya göstərmiş oldular. Bu vandallıq ilə də, sübut etdilər ki, bu tarixi abidələr, bu torpaqlar heç zaman onların olmayıb. Həmçinin, Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - "əkiz"lərdir.Prezident İlham Əliyevin sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Kəlbəcər bu iqtisadi rayona daxil edildi. Prezident deyib ki,. Azərbaycanın Prezidenti İlham Əliyev Şərqi Zəngəzurun gələcək inkişafı ilə bağlı bütün işlər plan üzrə gedəcək və biz istəyimizə nail olacayıq deyə bəyan edib.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Oxunub: 730