dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb

Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb

Azərbaycan bu həftə UEFA reytinqində 0,750 əmsal qazanıb.

Son olaraq "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsinin Bakıda baş tutan ilk oyununda İslandiya təmsilçisi "Vestri"ni 3 cavabsız qolla üstələyib.

"Köhlən atlar"in qələbəsi sayəsində reytinqə 0.250 əmsal əlavə olunub.

Daha əvvəl "Sabah" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandasını (2:0), "Zirə" isə UEFA Konfrans Liqasının eyni raundunda Gürcüstanın "Torpedo" klubunu (3:0) məğlub edib.

Hər iki komanda "Qarabağ" kimi ölkəyə 0,250 əmsal qazandırıb.

Azərbaycan (19,312) hazırda reytinqdə 26-cı pillədə qərarlaşıb. Slovakiya (18,250) 27-ci, İsrail (20,750) 25-ci yerdədir.

Xatırladaq ki, UEFA reytinqinə İngiltərə (101,852) başçılıq edir.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR