dini radikalizm və ekstremizmlə mübarizə

Fransa və İranın ədalətsizliyi tarixi faktlarla- qərəzə qarşı etiraz


İran və Fransa ermənipərəst qardaşlığı ilə Azərbaycan əraziləri haqqında heç bir tarixi sənədlərə söykənməyən iddialar irəli sürürlər. Bu da təkcə bizim deyil, Türk dünyasının hiddətinə səbəb olub. Belə ki, tarixən ölkəsi və dövləti olmayan ermənilərə hamilik edənlər kürsülərdə ədalətdən danışır, özləri isə ədalətsiz qərarlar qəbul edirlər. Fransa senatının son qətnaməsi birmənalı qaydada Azərbaycana qarşı qərəzlidir. Heç bir həqiqəti əks etdirməyən bu qətnamə Fransanın ermənilərə olan doğmalığından irəli gəlir.
Fransanın və İranın 44 günlük Vətən Müharibəsində Azərbaycana olan qərəzli və düşmən münasibəti bu qətnamənin hazırlıq prosesi idi. Onlar hər zaman ermənilərin dəstəkçisi olublar.

Hələ qərinələr öncə görkəmli fransız yazıçısı Aleksandr Düma, “Ermənilər həmişə erməni dinindən fərqli dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə onlar öz fikirlərini, hisslərini və məramlarını gizlədən vücudlara, habelə dələduzlara və fırıldaqçılara çevrilmişlər”- ifadəsini elə düşünürəm ki, məhz özlərini nəzərdə tutaraq yazmışdır. Eləcə də, fransız səyyahı Qraf De-Şolyenin də belə bir ifadəsi var ki, mən onlarla (ermənilərlə) heç vaxt dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca murdar, riyakarlıqları olduqca dözülməz, əclaflıqları isə təəssüf doğurur. Fransız dühalarının bütün bu açıqlamalarından sonra belə qənaətə gəlmək olar ki, Fransa xarakterik xüsusiyyətləri ilə ermənilərlə eynilik təşkil edir. Ona görə də özlərinə “doğma” olan xalqın mənafeyi naminə yalan qətnamələr imzalayırlar.

Tarixə istinad edərək hər zaman məsələnin kökünə getməliyik. Tariximizi təhrif edənlər, İran dəyirmanına su tökənlər unutmasınlar ki, məsələnin kökü eradan əvvəl 6-cı yüzildən, yəni 2600 il əvvəldən başlayır. O vaxtdan ki, Midiya hökmdarı Astiaqın səhvi ucbatından hakimiyyət əldən gedir. Artıq bu məqamdan sonra hakimiyyət farsların əlinə keçir.
O vaxta kimi nəinki hakimiyyət, ümumiyyətlə, ölkə türklərin idi. O türklər ki, indi onlar İranda öz doğma dillərində nə danışa, nə yaza bilirlər. İslam pərdəsi altında təcavüzçü, diktator siyasəti yürüdən İran islam fəzilətinə zidd olan addımlar atır, insan hüquqlarını bərbadlaşdıraraq köləlik missiyası yürüdür. İran əgər demokratik islam ölkəsidirsə, nədən bu qədər məhdudiyyətlər, təcavüz və əzazillik var?
Bu gün İranın və Fransanın eyni anda Azərbaycana hədəsi və qərəzli qətnamələri bizi hər zaman olduğu kimi yenə də qorxutmur. Bütün bunlar hər iki ölkənin Türk birliyindən qorxmasından irəli gəlir. Ona görə də əsas təhdid hədəfi Türkiyə və Azərbaycandır. Bu birliyi isə hər hansı şər qüvvə heç bir zaman sarsıda, dağıda bilməz. “Dəmir yumruq”dan sonra bərpa olunan ədalətimizi yalan və böhtanlara yem etmərik. Biz Azərbaycan qadınları da hər iki ölkəni şiddətlə qınayır, yalan qətnamələrin, böhtanların sonlanmasını istəyirik.

Şərafət Şəfa,
TAİB-in sədr müavini,
Agsaqqallar.com saytının baş redaktoru

Oxunub: 239
Oxşar xəbərlər
SON XƏBƏRLƏR