dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda rəssam Nəcəf Məmmədovun fərdi sərgisi təşkil olunub


Djb.az xəbər verir. Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzində noyabrın 15-də qocaman rəssam Nəcəf Məmmədovun 72 illiyi münasibətilə fərdi yaradıcılıq sərgisi təşkil olunub.
Sərgidə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, mədəniyyət işçiləri, rəssamlar və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov gələn qonaqları salamlayıb və görkəmli rəssamın həyat və yaradıcılığı haqqında geniş məlumat verib. O, sərgidə nümayiş etdirilən əsərlərin Azərbaycanın zəngin tarixini, mədəniyyətini, eyni zamanda, Lerik rayonunun təbiətini təcəssüm etdirdiyini bildirib və rəssama yaradıcılıq uğurları arzulayıb.
İdarənin rəisi Ş.Şahbazov rəssamlıq sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəcəf Məmmədovu təltif edib.
Tədbirdə rəssam Nəcəf Məmməmədov çıxış edərək öz təəssuratlarını bölüşüb, görülən peşəkar işlərdən məmnunluğunu ifadə edərək, incəsənət ustalarına göstərilən diqqətə və qayğıya görə təşəkkürünü bilidirib.
Sonra iştirakçılar görkəmli sənətkarın təbiət mənzərələri, portretlər, dekorativ kompozisiyalardan ibarət 50-dan çox rəsm əsərlərinə baxış keçirib.
Qeyd edək ki, Nəcəf Məmmədov Beynəlxalq Virtual Sərgilərdə iştirak edərək Amerikada, Almaniyada, Misirdə, Ərəb Liqasında birinci yerə layiq görülüb.
Sərgi noyabrın 18-dək davam edəcək, giriş sərbəstdir.

Allahverən Pərvizoğlu



Oxunub: 213
Oxşar xəbərlər
SON XƏBƏRLƏR