dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda icra başçısı ağır qəzaya düşdü - FOTO

Azərbaycanda icra başçısı ağır qəzaya düşdü - FOTO


Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.

Bu barədə jurnalist Sara Əzimova məlumat verib.

Bildirilib ki, hadisə bu gün axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan - Şərur avtomobil yolunda baş verib.

Şərur istiqamətində hərəkət edən "Mitsubishi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hyundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb. Avtomobildə tək olan M.Seyidov xəsarət almayıb.

Digər avtomobilin sürücüsü isə yüngül zədələnib. Avtomobillər ağır zərbədən yararsız hala düşüb.




Oxunub: 299
Oxşar xəbərlər
SON XƏBƏRLƏR