dini radikalizm və ekstremizmlə mübarizə

DTX-nin saxladığı nazir müavini bu gün işə çıxıb?

DTX-nin saxladığı nazir müavini bu gün işə çıxıb?


Xəbər verdiyimiz kimi, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

Bu barədə rəsmi açıqlama hələlik olmasa da, “Qafqazinfo” da daxil olmaqla, əksər media orqanlarında yayılan xəbərlərdə əməliyyat nəticəsində bir neçə yüksək vəzifəli məmurun, o cümlədən, nazirin birinci müavini Elnur Əliyevin də saxlanıldığı bildirilirdi. Həmin əməliyyatda saxlanılan Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində ötən gün artıq həbs qətimkan tədbiri seçilib.

Bu gün isə Oxu.az saytında nazirin birinci müavini E. Əliyevin iş başında olması haqda xəbər yayımlanıb.

Məlumatı dəqiqləşdirmək üçün Mədəniyyət Nazirliyinin mətbuat katibi Nuridə Allahyarova ilə əlaqə saxladıq. Nazirlik sözçüsü “Qafqazinfo”nun sorğusuna cavab olaraq nazir müavininin iş başında olduğunu nə təsdiq, nə təkzib edə bilib: “Nazir müavini niyə işdə olmamalıdır ki?! Bir dövlət qurumunun digər dövlət qurumunda qanunvericilik və səlahiyyətləri çərçivəsində əməliyyat aparmağa hüquqi ixtiyarı var. Burada qeyri-adi heç nə yoxdur. Bununla bağlı heç bir rəsmi açıqlama verilməyibsə, nazir müavininin işdə olmamasına da bir səbəb görmürəm. İşinin başında olmalı hər kəs işinin başındadır”.

Faktla bağlı istintaq davam etdirilir.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.

Saxlanılma xəbərləri ilə yanaşı, nazir müavininin şəxsi həyatı ilə bağlı da yerli mediada bəzi qalmaqallı məlumatlar yayılıb.

Oxunub: 1 164
Oxşar xəbərlər
SON XƏBƏRLƏR