Qarşıdan Azərbaycan xalqlnın və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş son 44 günlük Vətən müharibəsində torparlarımızın 30 illik işğalına son qoyan 8 noyabr --Zəfər Günü gəlir. Böyük qələbənin qazanılmasında dövlətimizə və xalqımıza qürur anı yaşadan qəhrəman əsgər və zabitlərimizin, qazilərimizin, eləcədə canlarını Vətənə sipər edərək həyatlarını fəda etmiş ölməz şəhidlərimizinin danılmaz rolunu xüsusi olaraq qeyd etməmək mümkün deyildir.
Bu yazımda mən Vətənini, Torpağını canlarından çox sevərək Şəhidlik zirvəsinə ucalan , Baş Gizir Əhmədov Yasən Yelmar oğlu haqqında söhbət açacağam. Yazıya giriş verməzdən öncə onu bildirim ki, Yasən orduya gedəndə onun 18 yaşı hələ tamam olmamışdı.1992- ci ildə Vətənimizin başının üzərini qara buludlar alan zaman, 1- ci Qarabağ müharibəsi başlayarkən Vətən, Torpaq sevgisi onun ürəyində olan arzularını üstələyir. Vətən torpaqlarımzın bir hissəsinə soxulan düşmənlərdən təmizləmək üçün öz qəhrəman oğullarını doğma respublikamızın müdafiəsinə çağırdı.Yasən də heç kimə qulaq asmadan, heç kimi dilləmədən əlinə silah götürüb ana qədər sevdiyi Vətənimizin müdafiəsinə yollanır. Özü də, atası Əhmədov Yelmar Vəli oğlunun xidmət etdiyi könüllülər batalyonuna üzv yazılır və atası ilə birlikdə müharibədə iştirak edir. Buna qədər də Yasənin yaşı müharibəyə getməyə çatmasa da, evdən gizlincə qaçıb tez- tez cəbhəyə -atasının yanına gedib gəlirdi.Taleh elə gətirdi ki, özü də elə həmin könüllülər batalyonuna da üzv yazılaraq digər qəhrəman oğullarımız kimi Vətən torpaqlarını qorumağa başladı.
Əhmədov Yasən Yelmar oğlu 1974- cü ilin sentyabrın 16- da Ağdam rayonunun Kosalar kəndində dünyaya göz açıb. Ailədə bir oğlan , üç qız olmaqla cəmi altı nəfər olublar. Doğma rayonu ermənilər tərəfindən işgal edildikdən sonra Mingəçevir şəhərində məskunlaşıblar. Orta məktəbi bitirdikdən sonra Yasən Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olur və qiyabı təhsil alır. 1998- ci ildə həmin institutu müvəfəqiyyətlə bitirir.1994- cü ildə Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Baş Qərərgah rəisinin müvafiq əmri ilə Yasənə kiçik gizir rütbəsi verilir və "N" saylı hərbi hissədə motoatıcı bölüyün baş çavuş vəzifəsinə təyin edilir. Bir ildən sonra isə sözügedən hərbi hissənin inzibati təsərrüfat hissəsi rəisi vəzifəsinə təyin olunur.1996- cı ildən 2002- ci ilə qədər kadrların və nizami bölmənin icraçısı vəzifəsində xidmət edir və xidməti başa vurduqdan sonra ehtiyata buraxılır. 1997- ci ilin yanvarında ona kiçik gizir rütbəsi verilir. Hərbi hissədə müxtəlif vəzifələrdə çalışan Yasən Əhmədov bir hərbçi kimi üzərinə düşən hər bir vəzifənin məsuliyyətini dərk edir və hər zaman xidməti vəzifələrini layiqincə yerinə yetirir. Hərbi hissədə öz xidməti ilə, mehribancılığı, davranışı ilə istər rəhbərlik olsun, istərsə də hərbçi yoldaşları arasında hər kəsin hörmətini qazanır. 2007- ci ilin iyununda Müdafiə Nazirliyin əmrinə əsasən ,yenə də Azərbaycan Respublika Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılır və 2017- ci ildən 2022- ci ilin oktyabrın 22-nə kimi mühəndis İstehkam bölüyünün baş texnik vəzifəsində xidmət edir. 2016- cı ilin oktyabında ona Baş Gizir rütbəsi veriliir. Xidmət etdiyi dövrdə "Qüsursuz xidmətə görə" 3- cü dərəcəli, "Qüsursuz xidmətə" görə 2-' ci dərəcə, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli , "Azərbaycan Silahlı qüvvlərin 90 illik" yubleyi Azərbaycan Ordusunun 100 illik" yubleyi medalları ilə təltif olunur. Müxtəlif hərbi hissələrdə müxtəlif vəzifələri icra edən baş gizir Yasən Əhmədov xidmət zamanı öz sahəsinin peşakar olması, ətrafdakılarla davranışda mədəni, səmimi olması özünün nüfuz və hörmətini artıran başlıca səbəblər sırasındadır. 2020- ci ilin sentyabrın 27- də başlanan 44 günlük Vətən savaşında Yasən də ağır döyüşlərin getdiyi ön xəttə yollanır. Suüovuşan və Talış istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət və ağlasığmaz qəhrəmanlıqlar göstərir. Baş Gizir Yasən Əhmədov bir neçə yaralı hərbçini ağır döyüşlərin getdiyi ərazidən çıxarmaqla insan itgisinin maksimum dərəcədə az olmasına səbəb olur. Bundan başqa Yasən öz həyatını təklükə altına ataraq bir neçə şəhidimiz də nəşini döyüş meydanından çıxarır. Yasən həm 1- ci , həmdə 2- ci Qarabağ müharibəsinin iştirakçısı olub. Onun bütün döyüş əməliyyatlarında cəsur, qorxmaz olmasını, cəsarətli addımlarını hamı heyranlıqla qarşılayırdı.
Oktyabr ayının 9- da Baş Gizir Yasən Əhmədov Talış yüksəkliyi uğrunda döyüşlərdə yaralanır. O 13 gün komada qalır. Oktyabrın 22- də şəhadətə ucalıb. Şəhid Mingəçevir şəhərində yerləşən " Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ailəli idi. İki oğlu: Yunus və Yelmar adlı yadigarı qalıb.
Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncama Əsasən, Azərbaycan Respublikasının Ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikasının Silahlı qüvvələrin hərbi qulluqçusu, Ağdam rayonunun Kosalar kəndində anadan olan baş gizir Yasən Yelmar oğlu Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunur. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlam Əliyevin 24.06.2021- ci il tarixli Sərəncama əsasən, Yasən Əhmədov ölümündən sonra "Suqovşanın azad olunmasına görə" medalı ilə təltif edilir.
Həyat yoldaşı Aygün xanımın dedikləri: Yasən çox vətənpərvər bir insan idi. Uşaqlar kiçik olsa da, onlara da vətənpərvərlik ruhu aşılayırdı. Onun haqda indi danışmaq mənim üçün çox çətindir. Çünki, indi həyatda yoxdur. Özümü inandırmağa nə qədər cəhd etsəm də, Yasənin yoxluğunu qəbul edə bilmirəm. Düşünürəm ki, bir gün qapını açıb gülə- gülə evə daxil olacaq. Həmişə olduğu kimi zarafat edəcək. Xoş sözlər deyərək övladlarımızın dərsləri ilə maraqlanacaq. Birgə yaşadığımız dövrdə mənə dedikləri sözlərin müəyyən zaman keçəndən sonra həyatda öz təsdiqini tapanda mən onun necə uzaqgörən bir insan olduğuna tam əmin oldum. Mənə deyirdi ki, ürəkli ol. Çətinliklərdən qorxma, həyatda hər şeyə hazır ol.İnsan qarşısına məqsəd qoyanda çətinliklə də olsa ona nail olur. İndi başa düşürəm ki, o zaman mənə söylədiklərini bu gün üçün nəzərdə tuturmuş Sən demə, bizləri özü həyatda olmadığı günlərə hazırlayırmış. Eləcə də övladlarıma da yaşlarına uyğun məsləhətlər verərdi. Oğullarıma elə cümlələr işlədirdi ki, onun söylədiklərinə dərinliyinə varanda başa düşürsən ki, uşaqları da atasızlıq dövrünə hazırlayırmış. Vətənpərvər, ailəcanlı, sadə bir insan idi. Uşaqların ad gününə, işi ilə əlaqədar gəlmək imkanı olmayanda zəng edib təbrik edərdi. Nə deyim, onun barəsində danışacaqlarım bir kitaba sığmaz. Bəlkə də ürəyinin dərinliklərində bizə demədiyi hələ nə qədər arzuları var idi. Onları da özü ilə birlikdə haqq dərgahına apardı. Ən böyük arzusu torpaqlarımızın azad olunması idi. Torpaqlarımız geri alındı. Heyf ki Yasən bu günü görə bilmədi. İkinci ən böyük arzusu övladlarının ali məktəbə daxil olması idi. Şükürlər olsun ki, Yelmar da, Yunus da ali məktəb tələbələridir. Ağıllı məsləhətlər verirdi bizə. Böyüklə böyük, kiçiklə kiçik kimi davranırdı. Heç kimin qəlbinə toxunmazdı.Yanında tanımadığı adamın belə şəxsiyyətinə toxunacaq bir hal baş verərdisə dərhal onun müdafiəsinə qaxırdı. Yasən belə bir insan idi. Haqsızlığa, ədalətsizliyə dözmürdü. Başqa bir yerə işə düzəlmişdi. Oradakı ab havanı görüb " bura mənlik deyil" deyib işdən ayrılmışdı. Əfsanəvi kəşfiyystçı, " Murov qartalı" Raqub Orucovla bərk dost idilər. Bir- birinə " qardaş" deyə müraciət edirdilər. Həm də bir yerdə müəyyən dövrdə bir yerdə xidmət aparmışdılar. Son döyüşlərdə Raqubun şəhid olduğu əraziyə getməyə can atırdı. Sanki o yerdə elə bil Raqubu görəcəyini düşünürdü. Yəni elə yaxın idilər bir- birinə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən də, övladlarım da fəxr edirik ki, Yasən Vətən üçün, torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Vətən sağ olsun. Zaman ötəcək, nəsillər dəyişəcək , şəhidlər heç vaxt unudulmayacaq, doğma Azərbaycanımızın əbədi qəhrəmanları olaraq həmişə yaddaşlarda qalacaqlar.
Elxan Çıraxlı
Oxunub: 1 032