dini radikalizm və ekstremizmlə mübarizə

Əyri yola gedən yeni kadrlar - Sırada kimlər var?

Əyri yola gedən yeni kadrlar - Sırada kimlər var?


Bu il yanvarın 12-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində korrupsiya, rüşvətxorluqla mübarizənin davam etdiriləcəyini qeyd edib.

"Mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır. Əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir - ən yüksəkvəzifəli məmurlar bu gün istintaq, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar".


Dövlət başçısı qeyd edib ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq.

"Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız, cəzalarımız da çox sərt olacaq. Amma bu, işin bir tərəfidir. Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır".

2022-ci ildə bəzi qurumlarda çalışan məmurlar yol verdikləri nöqsanlara görə saxlanılıblar. Belə ki, 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilən Səfər Mehdiyevin rəhbəri olduğu qurumda bir neçə yüksəkvəzifəli şəxs Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olundu. Bunlar “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov, Komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Şükür Səfərov, DGK-nin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Məsum Rəsulovdur.

Bundan sonra iyulun 16-də gömrük xidməti general-polkovniki Səfər Mehdiyev vəzifəsindən azad olundu.

Bu gün isə belə bir əməliyyat Mədəniyyət Nazirliyində keçirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev istintaqa cəlb edilib. O, 2021-ci ilin sentyabr ayında bu vəzifəyə təyinat almışdı. Mədəniyyət naziri Anar Kərimov isə həmin ilin yanvarından rəhbər vəzifənin icrasına başlayıb.

Bu hallar isə öz növbəsində bəzi yeni kadrların da köhnələr kimi, əyri yola getdiyini göstərir. Bəs görəsən, növbəti dəfə hansı gənc kadrlar qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olunacaq?

"Unikal"

Oxunub: 265
Oxşar xəbərlər
SON XƏBƏRLƏR