dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.


Djb.az xəbər verir. Oktyabrın 28-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Lənkəran Regional Mədəniyyət İdarəsinin Lənkəran rayonu üzrə ərazi partiya təşkilatının tədbiri keçirilib.
Öncə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP-ın Lənkəran Regional Mədəniyyət İdarəsinin Lənkəran rayonu üzrə ərazi partiya təşkilatının sədri Şahin Şahbazov bildirib ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur.
Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparan yolun bələdçisi və ən etibarlı, inamlı siyasi istinadgah yeridir.
Sonra çıxış edən Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatına fundamental dəyişikliklər gətirməklə yanaşı, siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçib, – deyə bildirib.
Lənkəran rayon Ağsaqallar Şurasının sədr müavini Güloğlan Bağırov bildirib ki, ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdıraraq ətraflı məlumat verib.
YAP-ın Lənkəran Regional Mədəniyyət İdarəsinin Lənkəran rayonu üzrə ərazi partiya təşkilatının sədr müavini Anar Kəkəyev məruzəsində bildirib ki, ulu öndər Heydər Əliyevun layiqli davamçısı olan cənab İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçildikdən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin etdi.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Allahverən Pərvizoğlu


Oxunub: 346
Oxşar xəbərlər
SON XƏBƏRLƏR