Djb.az xəbər verir. Bakı şəhər mədəniyyət idarəsinin və Kitab yayım assosiasiyasının birgə təşkilatçılığı ilə Xocasən mədəniyyət mərkəzində şairə qəzəlxan Xatirə Xatunla gənc oxucuların görüşü keçirildi.
Tədbiri giriş sözü ilə təşkilatçısı Yaşar Zeynalov açdı. Gənc nəslə bədi ədəbiyyatı oxumaların tövsiyə etdi.
Tədbirdə mədəniyyət mərkəzinin direktoru Taleh Ocuyev , mədəniyyət evinin təşkilatçısı Nərgiz Qafarova , metodist Rima Məmmədova şairə Xatirə Xatunun kitablarının naşiri Akif Denzizade , şair Qorxmaz Kadusi , Djb.az xəbərlər və informasiya portalının təsisçisi, yazıçı publisist Almaz İlahə Əhmədova , oxucu Gülnarə Əhmədova və başqaları iştirak edirdilər.
Azərbaycan ədəbiyyatında öz dəsti xətti ilə tanınan Xatirə Xatun məktəblilərlə aparılan sorğu suallarda fəal iştirak edən şagirdlərə imzası ilə kitab hədiyyə etdi.
Ədəbiyyatımıza öz töhfələrini verən yazarlarla belə görüşlərin davamlı olması arzuolunandır.
Oxunub: 1 053