dini radikalizm və ekstremizmlə mübarizə

Vasif Ayan öz sosial media hesabında Nazpəri Dostəliyeva haqqında yazdı


Nazpəri Dostəliyevanın İlhamə Quliyeva haqqında söylədiyi fikirlər barədə verlişdən bir epizod paylaşıblar. Yenə də insanlar müxtəlif fikirləri "gupayırlar e" orda. Deməli, Nazpəri xanım yuxuda İlhamə Quliyevanı gördüyünü və İlhamə xanımın ondan hallalıq istəməsində danışıb. O da rəhmətliyin məzarini gedib ziyarət edib, yasin oxuyub. Baxın, adamlar: "onun səndə nə haqqı ola bilərdi" kimi və s fikirlər bildirirlər. Yadınıza salım ki, İlhamə Quliyeva bir zamanlar kanal rəhbərlərinə tapşırmışdı ki, Nazpərini efirlərə buraxmayın. Bu faktdır, bunu məncə hamı bilirdi. Çox qəribədir ki, kanallar da primadonnanadan çəkinirdilər deyə bu tapşırığı yerinə yetirmişdilər. Allah var adamın başının üstə, haqq üçün deyək təkcə ANS dəvət edirdi Nazpəri Dostəliyevanı. İndi mən sizə şahidi olduğum bir faktı da deyim. Təxminən 2007-2008 ci illər idi, Space Tv-də, bizim "Səhər" proqramında İlhamə Quliyevanın doğum gününü qeyd edirdik. İlhamə Quliyeva, aktyor Arzu Hüseynov, yaradıcı heyətdən bir-iki nəfər, bir də mən pilləkənlə qalxırdıq. Nəsə qısa 4-5 dəqiqəlik ayrıca müsahibə üçün onu birtəhər yola gətirmişdik. Mənə pavilyonda dedi ki, "tez çəkin, səbrim yoxdur". Dedim, narahat olmayın, dərhal çəkirik İlhamə xanım". Pilləkəndə büdrədi, az qala arxası üstə aşacaqdı. Məndən qabaq Arzu müəllim tez tutdu onu. Çevrilib aktyora tərs-tərs baxdı. Mənə qəribə gəldi ki, adam onu yıxılmaqdan xilas edib, niyə əsəbi baxdı ki?)) Nəsə baş açmadım. Daha sonra pavilyonda çoxlu sayda müğənnilər onu təbrik edib gedirlər. Verliş də canlı yayımla gedir. Elə o zaman da onun Nazpəri ilə münasibəti yox idi. Danışmırdılar. Ancaq Nazpəri Dostəliyeva çox gözəl jest etdi. Onu təbrik etmək üçün gözəl bir hədiyyə ilə gəldi. Bu çox gözəl hərəkət idi Nazpəri xanım tərəfindən. İstəmirdi ki, arada küsülülük olsun. Ancaq İlhamə Quliyeva nə etdi? Deməli, verlişin rejissoru ona bildirdi ki, Nazpəri xanım qapıdadır, hədiyyəsi ilə gəlib sizi təbrik etməyə. İlhamə xanım studiyaya giriş qapısına baxdı, gördü ki, Nazpəri Dostəliyeva əlində hədiyyə ilə dayanıb orda. Bizim əməkdaşkara işarə etdi ki, hələ dəvət etməyin sonra. Nazpəri xanımı bir müddət qapıda gözlətdi. Həqiqətən də Nazpəri xanım da elə biz də inandıq ki, onu axırda studiyaya dəvət edəcək. Ancaq elə olmadı. Verliş bitəndə İlhamə Quliyeva hər kəsə canlı yayımda təşəkkür etdi və sağollaşdı. Nazpəri Dostəliyeva dərhal studiyadan çıxdı getdi... Bu mənim gözümün qabağında olub, şahidlər də var. Baxın, bu bir sənətkara yaraşmayan hərəkət idi. Ona görə də mənim primadonnaya qarşı heç vaxt simpatiyam olmayıb. Bəli, səsi gözəldir, möhtəşəmdir, o başqa mövzudur. Ancaq Nazpəri xanımı daha da çox sevdim böyüklük etdiyinə görə, ora gəldiyinə görə. Ona görə də həmişə verlişlərə böyük məmuniyyətlə dəvət edirəm Nazpəri xanımı. Hətta bir dəfə Şamaxıdan nəvəsinin ad günündən birbaşa gəlmişdi verlişimə. Bir dəfə də verlişin zamanını unutmuşdu, əlində xəmir yayıb, şəkərbura bükdüyü yerdə, hər şeyi bir kənara tullayıb, az qala uça-uça gəlmişdi ki, verlişdə problem yaranmasın. Çox mədəni və cəsarətli xanımdır. İndi də daha çox güclü xanımdır. Oğlu vəfat edəndən bir müddət sonra yazışdıq, deyir: "Vasif, kimin ağlına gələrdi ki, mən belə lal olub oturacam... həyatın qəribəliklərinə bax!" Nazpəri Dostəliyeva mənim üçün çox dəyərlidir. Bu güclü qadına sadəcə həmişə səbr diləyirəm. İnsanlara isə insaf. Bilib bilmədən qınayırlar adamı...
PS. Djb.az maraqlı məlumat üçün təşəkkür edir.

Oxunub: 1 087
Oxşar xəbərlər
SON XƏBƏRLƏR