Djb.az xəbər verir Oktyabrın 20-də Lənkəran Regional Mədəniyyət idarəsinin rəisi Şahin Şahbazov Vətənə sonsuz məhəbbət, düşmənə dərin nifrət hissi ilə döyüşə qatılan, Lənkəranın Gərmətük qəsəbəsində dünyaya göz açmış Vətən müharibəsi şəhidi Emil Şıxəlizadənin ailəsinə baş çəkib.
İdarə rəisi Ş.Şahbazov və kollektivi Emil Şıxəlizadənin ev-muzeyi ilə tanış olub, məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.
Allahverən Pərvizoğlu
Oxunub: 397