dini radikalizm və ekstremizmlə mübarizə

Səyavuş Süleymanlı yazır: Musiqi Dünyamız Uğurlara Doğru.


Djb.az xəbər verir Yazıçı-publisist, AYB və AJB-nin üzvü, "Qızıl Qələm" media mükafatı laureatı, "İlin Ən Yaxşı Yazarı" mükafatçısı Səyavuş Süleymanlı Lənkəranın İctimai fəal Gənci, 3dəfə Respublika mahnı müsabiqəsinin qalibi, Gənc Müğənni Allahverən Pərvizoğlu haqqında "Musiqi Dünyamız Uğurlara Doğru" adlı məqalə yazıb

Səyavuş Süleymanlı yazır :

Hər dəfə bu gənc oğlanı görəndə içimdəki kövrək hissləri boğa bilmirəm. Özümdən asılı olmayaraq çalışıram ki, üzümdəki məzlumluğu gizlədim, ancaq bu, çox zaman mümkün olmur.
-Səyavuş dayı, gözümə bir təhər görünürsüz, - 17yaşlı gənc oğlan mehribanlıqla qoluma girir.-Sizin whatsappınıza şəkillər göndərmişəm baxa bildinizmi?
-Əlbəttə, baxdım oğlum. Yaxşı ki, onları mənə vaxtında göndərdin. Çox sağ ol! - özümü toplayıb ona cavab verdim və nə qədər pandemiya qaydalarına ciddi riayət etsəm də bu dəfə qaydaların əksinə olaraq onu övladım kimi bağrıma basdım. Görüşdük və kövrəkliyimi şən zarafatla əvəz etməyə çalışdım.
-Elə bil bir qarış böyümüsən, ay Allahverən!
Ya da mənə belə gəlir.
Allahverən güldü və dedi:
-Səyavuş dayı, düz deyirsiniz. Həm uzanmışam, həm də kökəlmişəm.
-Eybi yoxdur təki səsin yerində olsun. Ən əsası odur ki, səsi gərək qoruyasan. Həyatda azmı olub gənc yaşlarında səsini ömürlük itirən sənətkarlar. Şairlik, nasirlik, xanəndəlik, rəssamlıq Allah vergisidir. Bizim cənub bölgəsində çox böyük sənətkarlar yetişib. Xüsusilə, xanəndəlik, muğənnilik sahəsində tanınan, məhşurlaşan, dövlətimiz tərəfindən əməyi qiymətləndirilənlər
zaman-zaman musiqi dünyamızda öz sözlərini deyiblər. Bu gün onların əksəriyyəti dünyalarını dəyişiblər, ancaq onlardan yadıgar qalan vallar, disklər, kasetlər, "Zövq" və "Nur" səsyazma studiyaları tərəfindən aparılan araşdırmalar əsasında üzə çıxarılan və səsləri yazılan sənətkarların mahnıları onlar haqqında kövrək xatirələr qoymuşdur. Gülağa Məmmədov,Həqiqət Rzayeva, Yalçın Rzazadə, Canəli Əkbərov, Teymur Mustafayev, Baloğlan Əşrəfov, Yusif Mustafayev, Şahin Ağayev, Əhməd Kərimov, Çingiz Cəbiyev və onlarla başqaları cənub bölgəsinin yetişdirdiyi sənətkarlardır ki, onların əksəriyyəti respublikamızın əməkdar və Xalq artistləridirlər. Bu sənətkarlar böyük həyat məktəbi keçiblər və özlərindən sonra sənət aləmində dərin iz buraxıblar. Muğam ustası, professor, Xalq artisti Hacı Canəli Əkbərov mədəni irsimizin qorunmasında, inkişafında, gələcək nəsillərə ötürülməsində çəkdiyi zəhmət qədirbilən xalqımız və dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. O, Xalq artisti, Ustad xanəndə olmaqla opera müğənnisi "Şöhrət", "Şəraf", "Birinci dərəcəli Əmək Ordenli", "Sənətkar" medallı, Prezidentin fərdi təqaüdçüsü və professordur. Bütün bunları Canəli müəllim musiqi sahəsindəki xidmətlərinə görə almışdır. O, canli korifeydir, adı musiqi tariximizə
qızıl hərflərlə yazılmışdır. Sən daim mütaliə edib musiqi dünyamızda özlərini sevdirib tanıtmış sənətkarların yaradıcılıq yollarına nəzər yetirməli, onların qoyduqları irsin davamçısı olmalısan,
Allahveran. Arzum budur ki, gələcəkdə sən də musiqi sahəsində tanınasan və sənin də imzan adlarını çəkdiyim sənətkarların cərgəsinə düşsün.
Allahverən utana-utana dedi.
- Adlarını çəkdiyiniz sənətkarlara çatmaq üçün illər lazımdır. Səyavuş dayı. Əlbəttə, bundan ötrü cox şeyləri bilməliyəm.
Bizim aramızda gedən bu cür söhbətlər görüşümüzdə baş verir və hər dəfə mən onu ruhlandırır, onun musiqiyə, oxumağa həvəsini artırmağa çalışırdım.
Əziz oxucu! Gəlin bu gənc oğlanla sizi də tanış edim:
HÜSEYNZADƏ ALLAHVERƏN
PƏRVİZ oğlu 6 sentyabr 2005-ci ildə
Azərbaycanın dilbər guşəsi olan Lənkəran
şəhərində anadan olub. Bütün uşaqlar kimi o da ata-ana qayğısı ilə böyüyüb. Ancaq bu ailənin də xoşbəxt həyatına fələyin ağır yükü qonub və 28 may 2017-ci ildə Allahverən istəkli atası Pərviz
Hüseynovu əbədilik itirib. Gəncliyə qədəm qoyan Allahverən atasının yoxluğundan sarsılır və anası Samirə xanımdan gizlin tez-tez qəbiristanlığa gedib atasının məzarı üstündə göz yaşlarını tökür. Birdəfə də məzar üstündə demişdi:
-Ata, sən bizi Xədicə bacımla başsız qoydun. Biz səndən heç doymadıq, ata. Sənin yoxluğun bizə elə yer eləyir ki, daha nə təhər. Cızdığımızı çıxarır. Hər yerdə səni görürəm, səni duyuram, ata. Anam mənə təskinlik verir, darıxmağa qoy-
mur. Deyir ki, oğlum, bu, həyatın qanunudur. Bir gün gələn, bir gün də dünyanı tərk etməlidir. Əlimizdən nə gələr ki...Axı ay ata, o qədər ölməli
zalım, ziyankar, xəbis, namərd adamlar var ki,heç ölmürlər. Sən isə... Ata, evdə, çöldə, məktəbdə duruş gətirə bilmirəm. Görünür, mənim də taleyimə atasızlıq düşüb və mən bundan sonra sızıldaya-sızıldaya fələyin mənə çəkdirdiyi bu ağrı-acılara dözməliyəm. Sən həmişə deyərdin ki,
gözəl səsə malik olduğunu dərk edirsənsə, deməli, oxuya bilərsən. Əgər səsin cilalanmayıbsa, qəlbi titrətmirsə, hisslərə təsir etmirsə, o zaman oxuma çünki gülünc vəziyyətə düşərsən. Ata, man sənin tövsiyələrini unutmamışam. Mən özümdə güc
tapmışam, ata, mütləq oxuyacağam, yaxşı
müğənni olacağam, sənin də arzularını yerinə yetirəcəyəm.Deyirlər ki, Allahverən hələ atası Perviz sağ ikən beş yaşından musiqiyə böyük həvəs göstərərdi.
O, 2011-ci ildə V.Əliyev adına
Lənkəran şəhər 4 saylı HTML-nın birinci sinfinə daxil olmuş, 2022-ci ildə həmən məktəbin 11ci sinifin bitirib. Anası Hüseynzadə Samirə  Ədalət qızı
Lənkəran Tarix Diyarşünaslıq muzeyində fəaliyyət göstərir. Atasının vəfatından
bir il sonra Allahverən bir çox sənət adamları və müğənnilərin dəvətilə televiziya verilişlərinə və konsert tədbirlərinə dəvətlər alır. O, 2018-ci ildə
bir çox istedadlar yetişdirən H.Rzayeva adına Lənkəran şəhər 2 saylı uşaq musiqi məktəbinin xanəndəlik sinfinə daxil olur və hal-hazırda Lənkəranın gözəl sənətkarı Əhməd Kərimovun 5ci sinfində təhsil alır.
Anası Samirə xanımın dediklərindən:
"Övladlarımın həyatdakı uğurları bir ana kimi məni çox sevindirir. Onların kövrəkliyini yaxşı başa düşürəm. Odur ki, onlardan nəvaziş və qayğılarımı əskik etmirəm. Oğlum Allahverənin
gələcəyinə böyük ümid bəsləyirəm. O, 2020-ci ildə Lənkəran gənclər və idman idarəsinin Fəxri Fərmanı ilə təltif olunub. Eyni zamanda o, 2021-
ci ildə Azərbaycan Respublikasının Bədii
Yaradıcılıq Evinin keçirdiyi "Vətən yaxşıdır"
müsabiqəsində III yerin mükafatçısı olmuş və diplomla təltif olunmuşdur.
Samirə ana hər gün Allahverənin başı üzərində pərvanə kimi fırlanır, onu əsən küləkdən də qoruyur. Anasının bu qayğılarını oğlu da görür və
başa düşür ki, bütün bunların hamısı onun həyatda mövqe qazanmasından ötrüdür. O, ürəyində həmişə öz minnətdarlığını şeirlə belə ifadə edir:

Ağ saçlım, ağ birçəyim, doğru yolu göstərənim,
Gümanım, məsləhətim, darda ümid yerim, ana.
Deyirlər balaya baldır, sənə qurban edərəm,
Mənə baldan da şirin şəkkəri-şərbatim, ana...

Allahverən çox gəncdir, hələ həyatda
bərkiməmişdir, ancaq onda olan mehribanlıq, çox adamlarda olmayan etik mədəniyyət, mərifət, istilik, yerini bilmək xüsusiyyətləri milli mentalitetlərimizdən irəli gəlsə də, mən deyərdim ki, bu gənc oğlan ona qarşı olan hörməti və istəyi
məhz xarakterində olan saflıqda, şəffaflıqda qazanmışdır.
Allahverənin repertuarına daxil olan bəstəkar və Xalq mahnılarından
"Anacan", "Elə bəndəm", "Qəşəngdir"
xalq mahnılarından "Yaşa, Azərbaycan!".
"Şuşanın dağları", "Yara qurban", "Anam
Azərbaycan", "Ata həsrəti"  onu
tamaşaçılar qarşısında gənc vokalist kimi tanıtdırıb.
Bir dəfə Allahverənlə yenə də AYB-nin
Lənkəran bölməsində rastlaşdıq. Tədbirdən sonra onu çayçıya dəvət etdim.
Allahverən mərifətlə dedi:
- Mən heç çayçıda oturmamışam. Amma sizinlə gedərəm.
Biz çayçıda iki nəfərlik stol arxasında əyləşdik. Ordan-burdan söhbət etdikdən sonra nəhayət, yenə də musiqi dünyasına səyahət etdik. Mən söhbətə başlayanda Allahverən mənə diqqətlə qulaq asırdı.
- Allahverən, mən müasir gəncliyi çox dəyərləndirirəm. Onlar 44 gün ərzində işğal olunmuş torpaqlarımızı mənfur düşmən-ermənilərin işğalından azad etdilər və tarix yazdılar. Nə qədər
igid balalarımızın qanı töküldü. Şəhidlərimiz döyüşdə canlarını tapşırarkən adlarını qanları ilə torpağa yazdılar.
Nə qədər analar, nə qədər gəlinlər, nə qədər körpələr gözü yaşlı qaldı. Ancaq biz qalib gəldik.Zəfər çaldıq. Quruculuq, bərpa işlərinə başladıq.çünki ermənilər rayon, şəhər və kəndlərimizi xarabazara döndərmişdilər. Xarici və daxili
düşmənlər nə qədər cəhd etsələr də öz çirkin məqsədlərinə nail ola bilmədilər. Radikal qruplaşmalar Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin tarixi qələbəsini həzm edə bilmədilər. Bunlar biz düşmən üzərində qələbə
çalan günü yasa batdılar, ermənilərə yas
saxladılar. Ancaq əksinə, gənclərimiz Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında daha da sıx birləşdilər. Bu, gəncliyin şər qüvvələrə sərt
mesajıdır. İndinin özündə belə şər, böhtançı qruplaşmalar nə qədər cəhd edirlərsə də, bir şey çıxmadığını görüb sosial şəbəkələrdə, müxtəlif
xarici kanallarda söyüş və təhqirlərə əlatırlar. Bu,onu göstərir ki, radikallar siyasi mədəniyyətdən çox-çox uzaqdırlar. Allahverən, siz-gənclər bizim
gələcəyimiz və varislərimizsiniz. Biz-yaşlı nəsil sizinlə fəxr edirik. Şəhidlərimizin qarşısında baş əyir, yaralı, şikəst olmuş qazilərimizə şəfa diləyirik.
Allahverən:
-Səyavuş dayı, əgər mənim yaşım çatsaydı, mən də Qarabağ döyüşlərində iştirak edərdim. Mən əlimi ehmalca onun çiyninə vuraraq:
-Bilirəm, Allahverən, sən vətənpərvərsən, əsl Vətən daşısan. Amma yaşın çatmasa da, 44 günlük Vətən müharibəsində müxtəlif tədbirlərdə  iştirak edib gəncləri döyüşlərə səsləyən vətənpərvərlik mahnıları oxumusan. Bütün lənkəran-
lilar səni bu işinə görə alqışlayır. İnanıram ki, bundan sonra da belə olacaqsan-dedim.
Allahverən utanıb başını aşağı saldı. Mən onu yenə sorğuya tutdum:
-Allahverən eşitmişəm sizin öz eviniz olub. Bəs niyə kirayədə qalırsınız?
Allahverən bir qədər doluxsundu, sonra sıxıla-sıxıla dedi:
-Səyavuş dayı, atamın vəfatından sonra çox sıxıntı çəkdik, dolanışığımız, evə çörək gətirənimiz olmadı. Məcbur olub evi satdıq, kirayədə  qalmalı olduq. Ağır da olsa, bu gerçək həqiqətdir.
İnşaallah, böyüyərəm, məktəbi bitirərəm, oxuyaram, sənət əldə edərəm, işləyərəm, əlim çörəyə çatar, onda ev də alaram. Əlbəttə, hər şeyi zəhmətlə əldə edirlər. Bu, həyatın qanunudur.
-Bağışla, Allahverən, çətin günün ömrü az
olar. Darıxma, hər şey sən deyən kimi olacaq, çünki sən çox mərifətli gəncsən, hamı sənin xətriniistəyir. Hamı sənin gələcəyinə inanır. Bundan ötrü əzmkarlıq lazımdır. Sən yaxşı müğənni olacaqsan.
Əgər verilən məsləhətlərə əməl etsən, mütaliəni artırsan, müəllim məsləhətlərini dinləyib onların məsləhətlərinə əməl etsən, gələcəkdə vokalist kimi tanınarsan. Bundan ötrü səsini qorumalısan, oxuyarkən boğazlar etməlisən. Axı, oğlum, səsin də öz rəngi var, çaları var, tempi var. Qaltanlı səslər olur. Odur ki, sən həmişə özün üzərində işlə, araşdırmalar apar. Bax gör mahnının son pərdələrini necə başa vurmalısan, nədə səhvə yol verirsən, çoxlu məşqlər et, bunların sənə ancaq
xeyri dəyər. Bax, oğlum, indi yazarlar, müğənnilər çoxdur, hamısı da özünə sənətkar deyir. Özünə sənətkar deyənlərə inanma. Çünki yazarın, yazdıqlarını, müğənninin də ifasını dinləyərkən
məlum olur ki, onların heç birisi sənətkar deyil. Mən dəfələrlə öz keçmişi ilə öyünən, hazırda isə tamaşaçıların gülüş obyektinə çevrilən bəzi "məşhur müğənnilər"ə öz imzamla
kommentlər yazıb onları tənqid etmişəm.
Çünki belələri özlərindən başqa heç kimi görmürlər. Yazarlardan da əksəriyyəti ilk yaradıcılığına ağır janr olan romandan başlayır. İşə bir bax! Hekayəni əməlli-başlı yaza bilməyən müəllif məzmunsuz roman yazmağıyla Özünü sanki "dahi"hesab edir. Belələrinin bir cümləsini oxuyarkən qabında nə olduğu məlum olur.
Nəticədə, hər iki tərəf oxucu və tamaşaçının gülüş hədəfinə çevrilir,gülünc vəziyyətə düşürlər.
Allahverən,çalış ki, belə yarımçıq sənətkarlardan olmayasan. Mən sənə inanıram. Bilirəm ki, bu çətin yolda uğurların bol-bol olacaq və sən son nəticədə məqsədinə nailolacaqsan. Ölkəmizin birinci xanımı,Vitse Prezident Mehriban Əliyeva hamıya əl tutmağı, xeyirxahlığı ilə bütün dünyada ad çıxarıb. Həmişə də istedadlı gənclərə yaşıl işıq yandırıb.
"Muğam" müsabiqələri onun layihəsidir
və bu gün müsabiqələrin qalibləri adlısanlı müğənnilər kimi yetişmiş, fəxri
adlar almışlar. İnanıram ki, Mehriban
xanım da sənin həyat qayğılarınla tanış
olacaq və bir gün sən də sevinəcəksən.
Biz ayrıldıq. Ancaq bu kövrək
oğlanın gələcək taleyi məni çox narahat
etdi. Axı belə istedadlı gənclərimiz
həmişə dövlət qayğısı ilə əhatə olunmuş-
dur. İnanıram ki, istedadlı gənclər üçün
ayrılan təqaüd Allahverən Hüseynzadə
üçün də ayrılsa, bu, onun və ailəsinin yaşayış büdcəsinə çox müsbət təsir edər.
Mən gənc müğənni dostum Allahverən
Hüseynzadəyə yeni-yeni uğurlar arzulayıram. Bir gün gələcək ki, bu gənc oğlanın da səsi mavi ekranlardan, radiodan, böyük dövlət tədbirlərindən gələcək, tamaşaçı və dinləyicilər onu həmişə alqışlarla qarşılayacaq, o da gələcəkdə ulduzlardan biri olacaq.

Yazıçı-publisist, AYB və AJB-nin üzvü, "Qızıl Qələm" media mükafatı laureatı, "İlin Ən Yaxşı Yazarı" mükafatçısı Səyavuş Süleymanlı






Oxunub: 499
Oxşar xəbərlər
SON XƏBƏRLƏR