dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda Şəhid İsmayılzadə Zaurun anım günündə məzarı ziyarət olunub


Djb.az xəbər verir Oktyabrın 9-da anım günündə şəhidimiz İsmayılzadə Zaur Nizami oğlunun məzarı ziyarət edilib. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatının rəsmi şəxsləri, İstisu qəsəbəsinin sakinləri və şəhid ailələrinin üzvlərinin iştirak etdiyi ziyarət zamanı qəsəbə qəbiristanlığındakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısının birinci müavini Möhübbət Babayev şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Qeyd edək ki, dövlətimizin başçısının sərəncamları ilə Z.İsmayılzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allahverən Pərvizoğlu
Lənkəranın İctimai fəal Gənci

Oxunub: 258
Oxşar xəbərlər
SON XƏBƏRLƏR