dini radikalizm və ekstremizmlə mübarizə

SOS” MMC Anım Günündə Şəhidlər xiyabanını ziyarət edib – FOTO


Djb.az xəbər verir. Sentyabrın 27-si Şəhidləri Anım Günündə “Security Operation Services” (SOS) MMC-nin əməkdaşları II Fəxri xiyabanı və şəhid məzarlarını ziyarət ediblər.

Əvvəlcə "SOS" MMC-nin nümayəndələri İkinci Fəxri Xiyabana yollanıblar. Mərasim iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda şücaət göstərmiş mərd , qəhrəman vətən oğullarının məzarlarını ziyarət ediblər. Şəhidlərimizin məzarına gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Mərasimdə Şəhid Dövlətzadə Cəbrayılın atası Dövlətzadə Dovlət media nümayəndələrinə açıqlamalar verib. O, bir valideyn kimi, övladıyla fəxr etdiyini bildirib: "Cəbrayılın ölümü onu sevənləri çox sarsıtsa da, onunla fəxr edirik. Ona görə ki, 30 ildən artiq düşmən tapdağında olan torpaqlarımız işğaldan azad olunub. Onlar bizə bu zəfəri, qürur hissini yaşadıblar. Bu gün burada şəhidlərimizin əziz ruhlarını ziyarət edirik.
Çalışdığım SOS MMC- nin rəhbəri Anar Məmmədov şəhid ailələrinə və müharibə iştirakçılarına çox dəstəy olur.
Bu gündə kollektivimiz şəhid atası olaraq mənim yanımda oldular, birlikdə Cəbrayılı və şəhidlərimizi ziyarətə gəldik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!" 

Daha sonra "SOS" MMC-nin əməkdaşları şəhidlərin əziz xatirələrinə ehtiram əlaməti olaraq, İkinci Fəxri Xiyabandan Şəhidlər Xiyabanına doğru yürüş təşkil ediblər. Yürüş iştirakçıları İzzət Nəbiyev və Mehdi Hüseyn küçələri boyunca 4,3 kilometr məsafəni piyada qət ediblər. "SOS" MMC-nin əməkdaşları yürüş zamanı, "Şəhidlər Ölməz, Vətən Bölünməz!", "Qarabağ Azərbaycandır!", "Vətən, sənə canım fəda!" şüarları səsləndiriblər.

Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Yerli vaxtla saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Allah rəhmət eləsin!









Oxunub: 627
Oxşar xəbərlər
SON XƏBƏRLƏR