dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanıda şəhidimiz son mənzilə yola salındı



Djb.az xəbər verir. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Suraxanı rayonundan Şəhid olmuş hərbiçimiz Həsənov İbrahim Şöhrət oğlunun nəşi bu gün doğulub boya-başa çatdığı Bülbülə qəsəbəsinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Dəfn olunduqdan sonra Azərbaycanın müqəddəs üçrəngli bayrağı şəhidin atası Şöhrət Həsənova təqdim edilib.

Qeyd edək ki, 18.01.2004-cü il təvəllüdlü Şəhidimiz İbrahim Həsənov özündən sonra bizlərə oğul övladını əmanət qoymuşdur.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk!

Şəhidlərimizin qanı yerdə qalmadı!




Oxşar xəbərlər
SON XƏBƏRLƏR