dini radikalizm və ekstremizmlə mübarizə

2022/2023-cü tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600-baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilmişdir



Djb.az xəbər verir. Sentyabrın 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı Rayon Heydər Əliyev parkında 2022/2023-cü tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600-baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilmişdir.

Görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin səlahiyyətlərini icra edən Rasim Kazımov, rayonun məktəb direktorları, qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ağsaqqallar, ziyalılar iştirak etmişlər.

İlk öncə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsi ziyarət edilmiş, önünə gül dəstələri düzülmüş və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilmişdir.



Oxunub: 319
Oxşar xəbərlər
SON XƏBƏRLƏR