dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı rayon Heydər Əliyev parkında məzunlarla görüş keçirildi


Djb.az xəbər verir. Suraxanı Rayon Heydər Əliyev Parkında məzunlarla keçirilən görüşdə Gülarə Əliyeva adına 3 saylı uşaq incəsənət məktəbinin “Şənlik” rəqs ansambılının, VIII Muğam Televiziya Müsabiqəsinin 3-cüsü Vüqar Əbilovun və Azərbaycan Respublikasının xalq artisti Fidan xanım Hacıyevanın tələbəsi, Bakı Musiqi Akademiyasının məzunu, beynəlxalq müsabiqələr laureatı Rauf Məmmədzadənin ifasında bədii hissə təqdim olunmuşdur. Həmçinin, Hövsan qəsəbə sakini, Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Şərifli Səkinə Şamil qızı zərdən istifadə edərək çəkdiyi general-mayor Polad Həşimovun rəsmini qonaqlara təqdim etmişdir.

Sonda məzunlarla xatirə şəkli çəkilmişdir.



Oxunub: 347
Oxşar xəbərlər
SON XƏBƏRLƏR