dini radikalizm və ekstremizmlə mübarizə

Djb.az Millət vəkili Jalə Əhmədovanı təbrik edir



Djb.az xəbər verir. “Avand Production”ın təşkilatçılığı, Türkiyənin “Des Yapım & Organizasyon” şirkətinin və Ayaz Məmmədovun imzası ilə Bakıda, Hilton oteldə baş tutan “Gold Faces of Azerbaijan Awards” mükafatlandırma mərasimində müxtəlif nominasiyalar üzrə mədəniyyət, incəsənət, tibb, elm, media sahəsində tanınmış şəxslər, ictimai xadimlər, iş adamları və s. digər peşə sahibləri təltif edildi.

Öz sahəsində uğur qazanan ən yaxşı isimlərin mükafatlandırıldığı möhtəşəm gecədə “Gold Faces of Turkey” 2022 mükafatı ilə təltif edilənlərin arasında vətənpərvər millət vəkili Jalə Əhmədova da var idi .Millət vəkili öz sosial media hesabında yüksək mükafata layiq görən hər kəsə dərin təşəkkürünü bildirdiyini qeyd etmişdir.

PS. Djb.az. olaraq biz də dəyərli insan, xalqını sevən vətəndaş, millət vəkili olarkən əsgər kimi vətəninə xidmət edən Jalə Əhmədovanı təbrik edirik.

Oxunub: 249
Oxşar xəbərlər
SON XƏBƏRLƏR