Saat 20:00-dan etibarən Laçın dəhlizi ermənilər üçün bağlanıb.
Djb.az xəbər verir ki, Ermənistandan Qarabağa nəqliyyat Zabux (Ahavno) və Laçından (Berdzordan) yan keçərək Şuşanın Berdadzor yarımrayonunun kəndləri vasitəsilə Qarabağa aparan müvəqqəti, tam asfaltlanmış yol ilə təşkil olunacaq.
Ermənistanın Sünik vilayətində Kornidzordan keçəcək əsas yolun gələn ilin yazına hazır olacağı bildirilir.
Rusiya sülhməramlıları əvvəlcə müvəqqəti yolda, daha sonra isə əsas yolda yerləşdiriləcək.
Xatırladaq ki, Laçın dəhlizi, eləcə də onun boyu yerləşən yaşayış məntəqələri (Berdzor, Ahavno və Sus) avqustun 26-da Azərbaycanın nəzarətinə keçib.
Oxunub: 271