dini radikalizm və ekstremizmlə mübarizə

"Zəfər Yolu" İçtimai Birliyi yeni bir tədbirə imza atdı



"Zəfər Yolu"İctimai Birliyinin təşkilatçılığı ilə 26.08.2022- tarixində müzəffər Ali Baş Komandan prezident cənab İlham Əliyevin Azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı təbriki sevincini bölüşmək üçün yığıncaq keçirildi.

Əməkdar müəllim,El ağsaqqalı Abdullayev Salman Dadaşbala oğlu çıxış edərək Azərbaycan ordusunun Laçın şəhərinə yerləşməsi xəbərini sevinclə qeyd etdi. Eyni zamanda bu əlamətdar hadisə ilə yanaşı Ali Baş Komandana ordumuza dərin minnətdarlığını bildirdi. Bununla bərabər natiq Azərbaycan Respublikasının Birinci vitce-prezidenti,Birinci xanım Mehriban Əliyevanı doğum günü münasibətilə tədbir etdi. "Zəfər Yolu" İctimai Birliyinin birinci müavini tarixçi -ideoloq Nizami Məmmədov öz çıxışında 44-günlük müharibə də böyük zəfərimizin tən-tənəsi olaraq Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsini Ali Baş Komandanın Sərkərdəliyi ilə möhtəşəm tarixi İMZA atıldığını bildirdi. Nizami müəllim Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə ilə bağlı xoş xəbər paylaşacağını inamla ifadə etdi.
Bədii çıxış edənlər xüsusilə Pərvanə Salmanqızının sözlərinə bəstələnmiş Mehriban Xanım mahnısı Elnur Rza tərəfindən ifa olundu, şeri müəllif Pərvanə Salmanqızı səsləndirdi sonra Sevinç Şuşalının ifasında Azərbaycan mahnısını dinlənildi.Ən maraqlı məqam isə Rübabə Muradovanın yadigarı olan bacısı Tahirə Muradovanın çıxışı oldu.
Növbəti çıxış edənlər:

Azərbaycan Vətən Müharibəsi Veteranlarl İctimai Birliyi Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə.

Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Edinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti Nazir Hətəmov,Səbail rayonu Veteranlar şurasının sədri Qazi Hüseynov Nazim Mərdan oğlu, HTA.İB sədri Əlövsət Qasımov, "Milli Dəyərlər Üzrə Maarifləndirmə"İB- nin sədri Gülşən Behbud, "Azərbaycan Qadınları Respublika Cəmiyyəti"İB-nin sədri Bahar Qasımova, "Dünya Türk Ocaqları"mərkəzinin sədri Aygün İbrahimova,Zərəngiz Mansurova jurnalist şairə-publisist Fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova,Şairə -Publisist Aynur Zeynallı,Şəhid bacısı,HTA.İN- nin drektoru Rümanə Əmirəliyeva,Şairə Aygün Hüseyn,Veteran,orta təhsil şöbəsinin müdiri Əli Mənəfov,Həkim Mediator Xanoğlan Mirzəyev istirak edirdilər.
Tədbirin yekununda
"Zəfər Yolu İctimai Birliyinin sədri Abdullayeva Pərvanə Salman qızı Azərbaycan Respublikasının Birinci vitse - prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO - nun xoşməramlı səfiri birinci xanım Mehriban Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edərək səmimi təbriklərini çatdırdı və müəllifi olduğu şeirlərdən səsləndirdi. Tədbiri sonunda xatirə şəkilləri çəkildi.

Djb.az Jalə




Oxunub: 301
Oxşar xəbərlər
SON XƏBƏRLƏR