dini radikalizm və ekstremizmlə mübarizə

Djb.az Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edir


Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın doğum günüdür.

Mehriban xanımın müasir Azərbaycanın dövlət idarəçiliyində və inkişafındakı rolu əvəzsizdir. Ölkəmizdə və respublikamızın hüdudlardan kənarda onun həyata keçirdiyi humanist və xeyirxah fəaliyyəti yüksək qiymətləndirilir.

Vətənə sədaqət, milli dəyərlərə hörmət və ehtiyacı olanlara qayğı Mehriban xanım Əliyevanın fəaliyyətinin başlıca prinsipləridir. Həssas əhali qruplarına qayğıkeş münasibət, qazi və şəhid ailələrinin problemlərinin həlli Mehriban xanımın fəaliyyətində hər zaman prioritet istiqamət olub.
Azərbaycanda və ölkəmizdən kənarda azərbaycanlı qadının savadlı, qabaqcıl, müasir və eyni zamanda, tarixinə, adət-ənənələrinə bağlı obrazının yaranmasında Mehriban xanımın misilsiz xidmətləri var.Onun əvəzolunmaz xidmətləri xalqa sevdirdi. Hər bir evdə, hər bir ailədə ona Mehriban ana adı verilib. Bu isə xalqın sevgisidir.

Djb.az kollektivi adından Hörmətli Mehriban xanımı doğum günü münasibətilə təbrik edir, ona cansağlığı, xoşbəxtlik, firavanlıq və şərəfli fəaliyyətində daim uğurlar diləyirik!

Oxunub: 265
Oxşar xəbərlər
SON XƏBƏRLƏR