dini radikalizm və ekstremizmlə mübarizə

Gələn həftə deputatların tətili başa çatır

Gələn həftə deputatların tətili başa çatır


Gələn həftə Azərbaycan Milli Məclisinin deputatlarının tətil müddəti başa çatır.

Millət vəkillərinin yay tətili avqustun 30-da bitəcək. Sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Xatırladaq ki, deputatlar iyulun 8-də tətilə çıxmışdı.

Oxunub: 295
Oxşar xəbərlər
SON XƏBƏRLƏR