Djb.az xəbər verir.
Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində 1ci Qarabağ Müharibəsində Qəhrəmancasına Şəhid olmuş Baş Leytenant Mais Abbasovun xatirə gecəsi keçirilib.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə Lənkəranın İctimai fəal Gənci Gənc müğənni Allahverən Pərvizoğlu açaraq Şəhid Baş Leytenant Mais Abbasovun həyat və döyüş yolundan məlumat verib, Tədbirdə Lənkəran Şəhər İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ramal Baxşızadə, Lənkəran Şəhər 1 nömrəli tam orta məktəbin direktoru Nəzakət Abdullayeva, Lənkəran Şəhər Təhsil Sektorunun nümayəndəsi Sabir Əliyev, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional filialının müdiri Ramin Hüccətov, LDU nəzdində Sosial Aqrar Texnaloji Kollecin direktor köməkçisi Cəmil Quliyev, Lənkəran Şəhər Bələdiyyəsinin birinci müavini Fəxrəddin Canıyev, Heykəltəraş Sadıx Axundov, Şəhid Afərin Qulamzadənin Anası Təranə Qulamzadə, Yap Suraxanı rayon təşkilatının nümayəndəsi Vüsalə Qasımova çıxış edərək Şəhid Mais Abbasovun göstərdiyi Qəhrəmanlıqdan bəhs ediblər. Şəhidin anası Zahirə Abbasova çıxış edərək tədbir təşkilatçısına, gələn qonaqlara təşəkkür edib.
Məktəblərinin ifasında Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib,
sonda xatirə şəkli çəkdirilib.
Allahverən Pərvizoğlu
Oxunub: 457