dini radikalizm və ekstremizmlə mübarizə

ANAMA əməkdaşı Cəbrayılda minaya düşüb

ANAMA əməkdaşı Cəbrayılda minaya düşüb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat üçün bildirir ki, 2022-ci il 17 iyun tarixində Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş vermişdir.

Djb.az olke.az-a istinadən xəbər verir ki, nəticədə, Vəliyev Ruhin Sultan oğlu rayon xəstəxanasına yerləşdirilmiş, sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunmuşdur. Hal-hazırda vəziyyəti stabildir.


Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Oxunub: 353
Oxşar xəbərlər
SON XƏBƏRLƏR