dini radikalizm və ekstremizmlə mübarizə

Ermənilər Azərbaycan Mədəniyyət Mərkəzinə hücum etdi


Ermənilər Fransanın paytaxtı Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum ediblər.

Djb.az Report-a istinadən xəbər verir ki, ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.

Təxribatçılar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Onlar Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV" kanalına etirazlarını bildiriblər.

Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.

Oxunub: 373
Oxşar xəbərlər
SON XƏBƏRLƏR