dini radikalizm və ekstremizmlə mübarizə

"Özünə hörmət edən sürücülər bu cür addım atmır" - FOTO

"Özünə hörmət edən sürücülər bu cür addım atmır" - FOTO

Bakıda taksi xidməti göstərilən avtomobildə qeydə alınan görüntülər tənqid edilib.

Djb.az olke.az-a istinadən xəbər verir ki, fotodan aydın olur ki, paytaxtdakı taksi sürücülərindən biri kondisioneri yandırmaq üçün əlavə 1 manat tələb edir.

Sürücünün adı və avtomobili haqqında dəqiq məlumat olmasa da, avtomobilin ön hissəsində yerləşdirilən elanda kondisionerin şirkət tərəfindən təyin edilən qiymətə daxil olmadığı vurğulanıb.
Bu da sosial şəbəkələrdə haqlı narazılıqlara səbəb olub.

Məsələ ilə bağlı Ölkə.Az-a danışan yol-nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, sərnişindaşımanı həyata keçirən şirkətlər və fiziki şəxslər sərnişimlərin təhlükəsiz və komfortlu daşınmasını həyata keçirməyə borcludurlar:

“Bu gün Azərbaycanda qanuni olaraq taksi fəaliyyəti ilə məşğul olan şirkət və fiziki şəxslər düşünürəm ki, belə hallara yol vermirlər. Avtomobildə təchiz olunmuş kondisioner varsa, əlbəttə ki, onu işə salıb komfortlu sərnişindaşımanı həyata keçirmək lazımdır.

Kondisionerə görə əlavə 1 manat istəmək və s. düşünürəm ki, bu, sadəcə kiminsə şıltaq hərəkətidir. Sərnişinlərə tövsiyəm odur ki, qanuni sərnişindaşıma ilə məşğul olan taksi şirkətləri və taksi sürücülərinə müraciət etsinlər. Komfotsuz minik avomobillərindən, təhlükəli, kobud sürücülərin istifadəsində olan minik avtomobillərdən istifadə etməsinlər. Yəni belə hallar kütləvi xarakter daşımır. Özünə hörmət edən taksi şirkətləri və ya sürücülər bu cür addım atmır”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR