dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda zavodda partlayış oldu: Yaralı var


Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu”nda sursat partlayıb.

Djb.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, sursatın partlaması nəticəsində “Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.

O, Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Sənayesi Nazirliyindən APA-ya bildirilib ki, zavodda sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

“Bir nəfər - Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan Şəhər Xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər”, - deyə məlumatda qeyd olunur.

Oxunub: 280
Oxşar xəbərlər
SON XƏBƏRLƏR