dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağ erməni hərbi birləşmələrindən tamamilə təmizlənməlidir - Ekspert

Qarabağ erməni hərbi birləşmələrindən tamamilə təmizlənməlidir - Ekspert

44 günlük Vətən müharibəsində Azərbaycan qalib gəldi. Lakin görünür Ermənistan Azərbaycanın bu qələbəsi ilə barışmaq istəmir. Müharibənin bitdiyi gündən indiyə kimi ermənilər dəfələrlə təxribat törətməyə çalışıb.

Bu günlərdə isə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycanın mövqelərini atıcı silahlardan atəşə tutub.

Maraqlıdır, ermənilər bu təxribatları ilə nəyə nail olmaq istəyir?

Djb.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Abuzər Əbilov bildirib ki, Ermənistan ordusunda Paşinyanın əleyhdarları çoxdur:

“Bütün müharibələr sülhlə bitir. Lakin Azərbaycanın qələbə qazandığı Vətən müharibəsi sülhlə yekunlaşa bilmir. Çünki Ermənistanda hazırki dövrdə siyasi proseslər həddən artıq pozğun məcraya gəlib çatıb. Ermənistanın Baş nazirinin dediyi və vəd etdiyi sülh prosesi öz həllini tapa bilmir. Paşinyan Brüsseldə səsləndirdiyi fikirlərdən Moskva səfərlərindən sonra imtina edir. Orduda baş nazirin əleyhdarları var. Həmin şəxslər Rusiyayönümlü qüvvələrdir. Ona görə də yaxın günlərdə sülhün bərqərar olmasına inanmıram. Hərbçilərin Ermənistan ordusuna birbaşa təsiri varsa qarşıya qoyulan məqsədlərə çata bilmərik. Ərazidə olan sülhməramlı qüvvələr də demək olar ki, öz vəzifələrini yerinə yetirə bilmir. Monitorinq qrupları yalnız protokol tərtib etməklə məşğuldur”.

Ekspertin fikrincə, Qarabağ erməni hərbi birləşmələrindən tamamilə təmizlənməlidir:

“Hadisələrin gedişatına təsir mexanizmi yoxdur. Ona görə də ermənilərin təxribatlarına son qoymaq üçün Azərbaycan öz ərazilərində dərhal anti-terror əməliyyatına başlamalıdır. Ərazilərimizdə qalan separatçı qüvvələr və terroristlər məhv edilməli, qondarma rejimin saxta “”vəzifəli” şəxslər həbs edilməlidir. Qarabağ erməni hərbi birləşmələrindən tamamilə təmizlənməlidir. Yalnız bundan sonra delimitasiya və demarkasiya işlərinə start verilə bilər. Ermənistanın təxribatlarına qarşı kəskin və adekvat reaksiya verilməlidir. Çünki vəziyyət belə davam edərsə başıpozuq erməni dəstələrinin təxribatlarının sonu gəlməyəcək”.

Oxunub: 293
Oxşar xəbərlər
SON XƏBƏRLƏR