“2022-ci ilin sonuna qədər dünyada qlobal aclıq olacaq”.
Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Maksim Oreşkin bildirib. O, 2022-ci ilin sonunda dünyanın “dolların çapı” nəticəsində yaranan qlobal qıtlıqla üzləşəcəyini vurğulayıb. Oreşkin Rusiyanın keçən ilin sonunda aclığa hazırlaşmağa başladığını diqqətə çatdırıb:
“Bu ilin sonuna qədər Rusiyanın əziyyət çəkməməsi və ərzaqla tam təmin olunması vacibdir” – Oreşkin deyib.
O əlavə edib ki, təxminən 2020-ci ilin ortalarında ABŞ dollarının nəzarətsiz emissiyası nəticəsində buğdanın qiymətində kəskin artım başlayıb. Bundan əvvəl Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Svenya Şulze dünyada aclıq təhlükəsi barədə məlumat verib. Onun fikrincə, COVID-19 pandemiyasının nəticələri, quraqlıq və Ukraynada baş verən hadisələr mümkün humanitar fəlakətin səbəbləri ola bilər.
Xatırladaq ki, may ayında Avropa bazarlarında buğdanın qiyməti record həddə çatıb. Hindistan taxıl ixracına embarqo elan etdikdən sonra qiymət ton başına 438,25 avro səviyyəsinə qalxıb.
Oxunub: 592