dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid Hüseynzadə Fərid Eldəniz oğlu doğum günündə anıldı.


Djb.az xəbər verir ki, 18 may 2021-ci il tarixdə Şəhidimiz Hüseynzadə Fərid Eldəniz oğlu doğum günündə anıldı.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri Şəhidimiz Hüseynzadə Fərid Eldəniz oğlunun doğum günü münasibətilə Bülbülə qəsəbəsində məzarını ziyarət edərək gül dəstələri düzmüş, ruhuna dualar oxunmuşdur. Həmçinin, Şəhidin ailəsinə baş çəkmişlər.
Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Fərid Hüseynzadənin ailəsinə bir daha dərin hüznlə başsağlığı vermiş, onlara səbr, dözüm arzu etmişdir. O, bildirmişdir ki, bu gün Şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır.






Oxunub: 267
Oxşar xəbərlər
SON XƏBƏRLƏR