Mingəçevir şəhər Polis şəbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev şöbənin əməkdaşları ilə birgə narkomaniya və digər zərərli vərdişlərlə mübarizə tədbirləri məqsədilə bu dəfə Mingəçevir Peşə məktəbində maarifləndirici söhbətlər aparıblar. Məqsəd ölkəmizdə, eləcədə şəhərimizdə günü-gündən narkomaniyanın artmasının qarşısını almaq üçün gənclərlə maarifləndirici tədbirləri gücləndirməkdir. Bu məqsədlə şəhərin polis şöbəsi Mingəçevirin məktəblərində olur, şagirdlərlə maarifləndirici söhbətlər aparır. ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev əvvəlcə "ASAN peşə" Təhsil Mərkəzinin maddi-texniki bazası, ixtisaslar üzrə yaradılmış emalatxana və laboratoriyaları, həmçinin, tədris prosesi ilə yaxından tanış olmuşdur. Eyni zamanda məktəbin direktoru İlham İlyasov məktəb haqqında qisa məlumat vermişdir.
“Narkomaniyaya yox deyək” və digər zərərli vərdişlərə qarşı keçirilən görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Bildirib ki,məqsədimiz narkomaniya ilə birgə gənclərimizə digər zərərli vərdişlərdən də uzaq durmaları barədə tövsiyyələrimizi çatdırmaqdır. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan şöbə rəisi, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib:
“Tərəfimizdən şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Lakin buna baxmayaraq gizli yolla da narkotikadan isitfadə edənlər var və onun acı nəticələri görülməkdədir. Ən acı nəticə odur ki,valideyin özü polis şöbəsinə müraciət edərək narkoman övladına qarşı tədbir görülməsini istəyir. Evində bütün əşyaları sındırıb-tökən narkoman ailəyə də, cəmiyyətə də böyük bəladır. Bunları gizlətməklə daha böyük fəlakətlərə yol açmış oluruq. Narkomaniya ilə mübarizədə sizlərdə polisə dəstək olmalısınız”.
Daha sonra Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib. Slaydlar vasitəsi ilə şagirdlərə narkotik vasitələri göstərilib və onların təhlükələri barədə geniş izah verib.
Digər polis əməkdaşları “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”, “Dini fanatizm, radiklizm, ekstremizmin mahiyyəti və təhlükələri” və yol hərəkəti qaydaları ilə bağlı mövzularda çıxışlar ediblər.
Mingəçevir şəhər Peşə məktəbinin direktoru İlham İlyasov məktəbdə bu tip aktual görüşlərin keçirilməsində polis əməkdaşlarına öz təşəkkürünü bildirib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.
Esmira Hidayətova,Mingəçevir
Oxunub: 683