dini radikalizm və ekstremizmlə mübarizə

“Onların hər bir addımı biabırçılıq olub”

“Onların hər bir addımı biabırçılıq olub”

“Ermənistan rəhbərliyinə gəldikdə, onların hər bir addımı, hər bir hərəkəti biabırçılıq olub. Amma beynəlxalq auditlə işləyən beynəlxalq şirkət bu çirkin əməllərə əl atırsa, burada həmin o şirkətin yerləşdiyi ölkələrin hüquq-mühafizə orqanlarının işi olmalıdır. Biz bir neçə dəfə o şirkətin adını çəkmişik, bu gün də çəkə bilərəm: “Cronimet” şirkəti. Nə üçün bu günə qədər reaksiya verilmir? Nə üçün Almaniyanın hüquq-mühafizə orqanları bu şirkətin əməllərini araşdırmır?”

Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bununla bağlı rəsmən müraciət edilib: “Həm də həmin “Cronimet” şirkətinə müraciət etmişik: gəlin, təmizləyin bu ekoloji terrorun fəsadlarını. Cavab yoxdur. Hüquq-mühafizə orqanlarından cavab yoxdur. Axı, biz bilirik ki, Avropada ekologiyaya nə qədər böyük diqqət göstərilir. Biz bilirik ki, havanın yarım dərəcə istiləşməsi indi bütün dünya, Avropa üçün böyük problem kimi qəbul edilir. İqlim dəyişikliyi problemi bu gün dünya gündəliyinin diqqətini cəlb edib. Amma burada açıq-aşkar görünür ki, təmiz qaynaqlardan axan çay sarı rəngə boyanır. Yəni, oradan götürülən nümunələr, o cümlədən işğal dövründə götürülən nümunələr bunu göstərir. Birinci olaraq erməni ekoloqları bu məsələni qaldırmışdılar. Onlar qeyd edirdilər ki, burada təbii fəlakət baş verir. Əlbəttə ki, onlar Azərbaycana, necə deyərlər, xoş münasibət göstərən adamlar deyildilər, onlar hesab edirdilər ki, bu torpaqlar Ermənistanın əlində əbədi olacaq. Ona görə məsələ qaldırmışdılar və əvvəlki rəhbərliyi, kriminal xunta rejimini - Serjik Sarkisyanı və onun qohumlarını ittiham etmişdilər. Onların da əlində sübutlar var. Amma bir addım atıldı? Yox.”

Oxunub: 321
Oxşar xəbərlər
SON XƏBƏRLƏR