dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir məktəblərində“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.


Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev polis əməkdaşları ilə birgə orta məktəblərdə narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbirləri davam etdirir.

Djb.az xəbər verir ki, bu məqsədlə polis əməkdaşları bu gün Mingəçevir 5 saylı tam orta məktəbdə olublar.Məqsəd bəşəriyyətin ən böyük bəlalarından biri olan narkomaniyaya qarşı birgə mübarizəni davam etdirməkdir. Əvvəlcə məktəbin direktoru Sevinc Talıbova zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq,polis əməkdaşlarına onlarla birgə maarifləndirici tədbirlərin keçirilməsinə görə minnətdarlıq bildirib.
Şöbə rəisi çıxışında yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb.Qeyd edib ki, bizi narahat edən məsələlər var bu da narkomaniyadır və ən əsası da narkomaniya gizli həyata keçirilir ,sosial şəbəkələr üzərindən bu bəlanı gənclərimizə ötürürlər. Bu bəla getdikcə inkişaf edir, əgər statistikaya baxsaq birinci rübdə dövriyədən 1 ton 64 kq güclü təsiredici narkotik çıxarıldığını görərik:” Bizə düşmən olan ölkələr marağındadır ki,Azərbaycanda narkotika sürətlə yayılsın. Şəxsi heyətimiz mütamadi olaraq bu bəlaya qarşı mübarizə tədbirlərini gücləndirir.Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 129 faktı aşkar ediblər. Eyni zamanda ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı da ciddi tədbirlər həyata keçirilir”.
Qeyd edək ki,polis rəisi bəşəriyyət üçün təhlükəli olan bu bəlanın Azərbaycan cəmiyyətindən də yan keçmədiyini diqqətə çatdırıb, polis rəisi ölkəmizdə narkotik cinayətkarlığa qarşı aparılan uğurlu əməliyyatlardan, eləcə də həyata keçirilən məqsədyönlü profilaktiki və maarifləndirmə tədbirlərindən bəhs edib.
Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib. O, narkomaniya və onun törətdiyi fəsadlardan, narkotik vasitələrin insan həyatı və onun sağlamlığı üçün ən ağır bəla olduğundan, eyni zamanda bu bəlaya aludə olanların qarşılaşdıqları problemlərdən geniş bəhs edib.


Tədbir zamanı həmçinin slaydlar vasitəsi ilə şagirdlərə narkotik vasitələr göstərilib və onların təhlükələri ətraflı izah edilib.
Tədbirdə digər polis əməkdaşları “Erkən nikah və onun törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”, “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” və “yol hərəkəti qaydalarına əməl edək” adlı mövzularla bağlı çıxışlar da ediblər.
Yol polisi əməkdaşı Samir Sultanov şagirdlərə yol hərəkəti haqqında geniş məlumat verərək qeyd edib ki,ildən-ilə yollarda avtomobillərin sayı durmadan artır. Qeyd olunub ki,Dövlət yol polisi nəqliyyat vasitələrin və piyadaların təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili üçün tədbirlər həyata keçirir.
Mingəçevir şəhər Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə orta məktəblərdə yeniyetmələr arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verildiyini qeyd edib.
Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Esmira Hidayətova,Mingəçevir









Oxunub: 622
Oxşar xəbərlər
SON XƏBƏRLƏR