Lukaşenko SSRİ-nin dirçəldilməsi planını təsdiqləyib.
Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Voronej vilayətinin qubernatoru Aleksandr Qusevlə görüşdə deyib.
O etiraf edib ki, Minsk və Moskva suveren dövlət ittifaqı qurur, keçmiş SSRİ-nin digər respublikaları gələcəkdə onlara qoşulmaq istəyə bilər.
“Minsk və Moskva suveren dövlətlər ittifaqı qururlar, keçmiş SSRİ-nin digər respublikaları gələcəkdə onlara qoşulmaq istəyə bilər”, – Belarus Prezidenti bildirib.
Lukaşenko Putinlə yeni Sovet İttifaqı yaratmaq istəyir və bu ittifaq daha güclü olacaq.
“Bu ittifaq daha güclü, inkişaf etmiş və sabit olacaq”, – deyə Lukaşenko bildirib.
Oxunub: 373