dini radikalizm və ekstremizmlə mübarizə

"Palmali"nin növbəti gəmisi Vətən Müharibəsinin ilk şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin adını daşıyacaq.


Djb.az xəbər verir ki, "Palmali"nin növbəti gəmisi Vətən Müharibəsinin ilk şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin adını daşıyacaq. Xüsusi Təyinatlı Qoşunlarda xidmət edən Cəbrayıl Murovdağ yüksəkliyi istiqamətində strateji əhəmiyyətə malik düşmən postunun alınması tapşırığını yerinə yetirirdi. 28 sentyabrda əks-hücum əməliyyatında 11 zabitlə birlikdə çiyin-çiyinə döyüşən əsgər böyük qəhrəmanlıq nümayiş etdirir. Döyüş yoldaşlarının dediyinə görə, Cəbrayıl zabit yoldaşlarına “Siz gəlməyin, yolunuzu gözləyənlər var. Subayam, mən gedəcəm” deyərək irəli atılıb. O, düşmənlə əlbəyaxa döyüşə girərək erməni generalını və polkovnikini boğaraq öldürüb. Azərbaycanlı iş adamı, “Palmali Holding”in rəhbəri Mübariz Mənsimov şəhid anası Məleykə Məmmədzadəyə zəng edərək oğlu Cəbrayıl Dövlətzadənin adının növbəti gəmiyə veriləcəyi xəbərini ona çatdırıb.

Oxunub: 380
Oxşar xəbərlər
SON XƏBƏRLƏR