dini radikalizm və ekstremizmlə mübarizə

DİN-dən şəhid ailələrini aldadaraq 18 min manat pul alan şəxslə bağlı AÇIQLAMA

DİN-dən şəhid ailələrini aldadaraq 18 min manat pul alan şəxslə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə Fərid Abdinov adlı şəxsin şəhid ailələrini aldadaraq, onlardan pul alması barədə məlumatlar yayılıb. İddia olunub ki, o, xəstə övladı olan insanlardan, o cümlədən, şəhidlərimizin həyat yoldaşlarından müxtəlif məbləğlərdə pul alaraq, onlara müxtəlif vədlər verib, onların etibarından sui-istifadə edərək külli miqdar vəsaitlərini ələ keçirib.

Bundan başqa, MİDA-dan mənzil almağa kömək edəcəyini vəd edərək, vətəndaşdan 18000 AZN pul alıb.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, məsələ barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi, baş leytenant Zeyni Hüseynov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, nazirlik bu məsələdən məlumatlıdır:

“Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Oxunub: 373
Oxşar xəbərlər
SON XƏBƏRLƏR