dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə kamikadze dronların istehsalını artırır

Türkiyə kamikadze dronların istehsalını artırır

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş. tərəfindən istehsal edilən sistemin görüntüləri ilə yanaşı, onların çatdırılma prosesi haqqında məlumat verib.

Djb.az Apa-ya istinadən xəbər verir ki, İsmayıl Dəmir bu məlumatı Twitter hesabında paylaşıb.

İsmayıl Dəmir bildirib ki, "KARGU tədarüklərinə davam edirik:

“Əməliyyat sahəsində təhlükəsizlik güclərimizin əlini gücləndirən KARGU-nun Türkiyə Silahlı Qüvvələrinə yeni tədarüklərini etdik. Xeyirli olsun!”

“Kamikadze İHA” kimi tanınan KARGU-nun üstün xüsusiyyətlərinə diqqət çəkən videoda bu sistemin artan vəzifə müddəti, artan missiya hündürlüyü, aşağı səs səviyyəsi ilə sürətli, çevik, ağıllı və güclü olduğu qeyd edilib.

Oxunub: 293
Oxşar xəbərlər
SON XƏBƏRLƏR