dini radikalizm və ekstremizmlə mübarizə

"Qarabağın statusu Bakı ilə danışıqların mövzusu olmalıdır" - Paşinyan

"Qarabağın statusu Bakı ilə danışıqların mövzusu olmalıdır" - Paşinyan

“Qarabağın statusu Bakı ilə danışıqların mövzusu olmalıdır”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında “Qarabağın yekun statusu məsələsinin” Azərbaycanla imzalanacaq sülh sazişi çərçivəsində müzakirə edilməli olduğunu vurğulayıb. O əlavə edib ki, İrəvan Azərbaycanın sülhlə bağlı təkliflərinin məqbul olduğunu bəyan edib.

Eyni zamanda, Paşinyan vurğulayıb ki, onlar Qarabağ əhalisi üçün təhlükəsizlik təminatlarını və onların statusu məsələsini qeyd etmirlər.

“Deməliyəm ki, bu məsələlər gələcək danışıqların mövzusu olmalıdır”, – deyə Paşinyan bildirib.

O qeyd edib ki, bir gün əvvəl Brüsseldə keçirilən görüşdə irəliləyiş qeydə alınıb. Paşinyanın sözlərinə görə, Brüsseldə Qarabağda təhlükəsizlik məsələsində ortaq məxrəcə gələ bilməyiblər. Baş nazir əlavə edib ki, o, təkid etməyib, çünki belə müzakirələrdə Rusiya tərəfi də iştirak etməlidir.

Xatırladaq ki, Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşüb.

Danışıqların nəticələrinə əsasən, tərəflər xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanması üzərində işləməyi tapşırıblar. Aprelin sonunadək birgə sərhəd komissiyasının yaradılması barədə də razılıq əldə olunub.

Oxunub: 371
Oxşar xəbərlər
SON XƏBƏRLƏR