dini radikalizm və ekstremizmlə mübarizə

“Ona de ki, mən onları məhv edəcəm” - Putinin bu sözlərinə Ukrayna XİN CAVAB VERDİ

“Ona de ki, mən onları məhv edəcəm” - Putinin bu sözlərinə Ukrayna XİN CAVAB VERDİ

Zelenski Roman Abramoviç vasitəsilə Putinə Rusiya ilə Ukrayna arasında sülh şərtləri olan məktub göndərib. Putin həmin məktubu oxuduqdan sonra Abramoviçə deyib: “Ona de ki, mən onları məhv edəcəm”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Xarici işlər naziri Dmitri Kuleba Rusiya Prezidenti Vladimir Putinin Zelenskinin sülh şərtləri ilə məktubunu oxuduqdan sonra “onları məhv edəcəm” dediyi iddia edilən cavaba reaksiya verib.

Nazirin reaksiyası Ukrayna televiziyası ilə yayımlanıb.

Kuleba qeyd edib ki, “əslində Prezident Putinin kimin “bitirəcəyi” ilə bağlı hazırda nə düşündüyü çox az əhəmiyyət kəsb edir.

“Xatırladıram ki, o, bir neçə gün ərzində Kiyevi və Ukraynanın əsas şəhərlərini sözün əsl mənasında ələ keçirəcəkdi. Düşünürəm ki, o vaxt o da oturub öz-özünə fikirləşirdi: “Mən onları tez məhv edəcəm”. Amma heç nə alınmadı, onun planları baş tutmadı… O, orada istədiyi planları qura bilər, amma bizim öz planlarımız var. Bu, qələbə və ərazilərimizin azad edilməsi planlarıdır”, – deyə XİN rəhbəri bildirib.

Oxunub: 490
Oxşar xəbərlər
SON XƏBƏRLƏR