dini radikalizm və ekstremizmlə mübarizə

Arzu Əliyeva üçün ÖZƏL GÜN


Bu gün Arzu Əliyeva doğum gününü qeyd edir.

Djb.az xəbər verir ki, Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakı şəhərində İlham Əliyev və Mehriban Əliyevanın ailəsində anadan olub.

1995–2006-cı illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbində orta təhsil alıb. Daha sonralar isə İsveçrə və Böyük Britaniyada ali təhsil alıb.

Arzu Əliyeva 2008-ci ildə Azərbaycan haqqında olan reklam video klipində çəkilib. Bu video klip CNN və Euronews kanallarında nümayiş olunub.

3 sentyabr 2011-ci ildə Arzu Əliyevanın toyu olub. O, Rusiyada fəaliyyət göstərən azərbaycanlı biznesmen Aydın Qurbanovun oğlu Səməd Qurbanov ilə ailə həyatı qurub. Arzu Əliyevanın Aydın adında bir oğlu var.

9 may 2015-ci ildə Arzu Əliyevanın “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli filminin təqdimat mərasimi keçirilib.

22 yanvar 2016-cı ildə Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.

Qeyd edək ki, Arzu Əliyeva hazırda həyat yoldaşının soyadını (Qurbanova) daşıyır.

Oxunub: 602
Oxşar xəbərlər
SON XƏBƏRLƏR