dini radikalizm və ekstremizmlə mübarizə

17 saylı tam orta məktəbin 4-cü sinif şagirdi sərbəst güləş üzrə idman növündə birinci yerə layiq görülüb


Çələbi Seyhun, İlqar Kişiyev adına 17 saylı tam orta məktəbin 4-cü sinif şagirdi, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Sərbəst Güləş idman növü üzrə həmyaşıdlarına qalib gələrək 1-ci yerə layiq görülüb. Seyhunu, üzərində əziyyəti olan idman müəllimini təbrik edir, həm idman həyatında həm də dərslərində uğurlar arzu edirik. Seyhunun sinif müəllimi Xəzəngül müəllimə ilə söhbətdə müəllimə qeyd etdi ki, Seyhun idman həyatında olduğu kimi, dərslərində də çalışqandır. Bəzən idmana olan marağı dərsləri üstələsə də bir müəllim olaraq daim ona hər iki sahənin vacibliyini qeyd edirəm.
Seyhunun məqsədi gələcəkdə idman sahəsində daha böyük arenalarda mübarizə aparmaq və Azərbaycanın bayrağını dalğalandırmaqdır. Biz də bir daha Seyhunun təbrik edirik və inanırıq ki, bu yaşda əldə edilən uğurlar gələcək illərdə daha da artacaq. Təbriklər Çempion.

Oxunub: 873
Oxşar xəbərlər
SON XƏBƏRLƏR